“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə (VİDEO)

Tarix 30.01.23, 11:06

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.

Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar. 17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə münasibət bildirib və qeyd edib ki, fakt araşdırılır.

Ev sahibindən onu da öyrəndik ki, sözügedən qəsəbədə başqa ərazilərdə də Həmid Sultanov küçəsi var. Ola bilər ki, həmin ünvanlarla Emin Hüseynovun yaşadığı mənzilin ünvanı texniki baxımdan səhv düşüb. Hər halda bu məsələ araşdırılıb, vətəndaşın evində olan əlavə 17 nəfər qeydiyyatdan çıxarılacaq.







Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap