Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xəqani Umudov GDU-da fitnes klub və kurs açıb? - İttiham

Tarix 14.03.18, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Yusif Yusibov Gəncə Dövlət Universitetinə (GDU) rektor keçdikdən sonra “alayarımçıq” kadrlara böyük səlahiyyətlər verildi

AzFakt.com xəbər verir ki, bu barədə Fia.az-a göndərilən məktubda qeyd olunub. 

Məktubda sual olunur ki, görəsən bu “lalları, korları, şilləri” rektor haradan tapır: “Belə yüksək səlahiyyət sahiblərindən biri də Xəqani Umudovdur.

O, özünün dediyi kimi “universitetin nəznində fəaliyyət göstərən departament sədri”dir. Əslində Xəqani bəy idman klubunun rəhbəridir. 

Xəqani bəyin universitetdə tədris və təlim-tərbiyə işlərinə heç bir aidiyyəti yoxdur. Lakin, nədənsə rektor II və III tədris binalarında müəllim və texniki işçilərin işə davamiyyətini yoxlamağı ona həvalə edib”.

Təsəvvür edin, Xəqani bəy əlində işçilərin siyahısı ilə hər hansı bir kafedraya daxil olur. Məsələn, Nigar müəllimə, Teyyub müəllim, Fatma müəllimə və s. 

Elə bil ki, türmədə dustaqları yoxlayır. Belə yoxlama bir kafedrada gün ərzində bir neçə dəfə və hər dəfə də təqribən yarım saat çəkir.

Allah eləməmiş, əgər kimsə işə gecikibsə, Xəqani bəy amiranə şəkildə əmr verir: "Gəlsin ikinci binaya, mənim kabinetimə. 

Orada qeydiyyatdan keçsin. Gəlməsə iş gününü kəsəcəyəm, akt bağlayacağam. Görəsən bu hakimi-amir kimə arxayındır ki, belə "göynən gedir?”

Universitetin ikinci tədris binasının həyətində külli miqdarda pul bahasına başa gələn müasir futbol meydançası elə bil Xəqani bəyə babasından qalıb. 

Universitetdən kənar şəxslərin bu meydançada futbol oynaması üçün "departament müdiri" xüsusi qiymət qoyub. 2 saat üçün 15 manat. Yaxşı gəlir yeridir. 

İki-üç il bundan qabaq sınıq-salxaq "09-Jiquli" maşını olan Xəqani bəy özünün dediyi kimi "departament müdiri" olduqdan bir il sonra "Nissan Teana", bundan bir il keçməmiş isə "Mersedes ML" cip maşını alıb”. 

Sayt xəbər verir ki, məktubda detallı məlumatlar yer alıb. Bildirilir ki, X.Umudov II tədris binasında iki-üç darısqal otaqda yaratdığı "fitnes klubu"na universitetin əməkdaşlarını buraxmasa da şəhərin gənclərinin əyləncə mərkəzinə çevrilib. 

“Belə ki, indi də o, abituriyent , magistr, dövlət qulluğu, müəllimlərin işə qəbulu və kompüterlə bağlı hazırlıq kursları təşkil etmək istəyir. 

Lisenziyası olmayan bu hazırlıq kursları universitetin III tədris binasında təşkil olunur. Tədris binasında təhsil alan xarici dili fakültəsinin tələbələri üçün dərs keçməyə otaq çatışmır. 

Amma buna baxmayaraq dərs otaqlarını Xəqani bəy zəbt edib, dövlət müəssisəsinin əmlakından şəxsi qazanc götürmək məqsədi ilə geniş istifadə edir. Bu özəl hazırlıq kurslarına universitetin iki yüksək vəzifəli şəxsi də şərikdir. 

Ona görə də III tədris binasında yerləşən bu kurs həmin şəxslər tərəfindən texniki avadanlıqlar, notbular və mebellərlə təmin olunub. 

Xəqani bəy idman ixtisasını bir neçə il bundan qabaq güc-bəla ilə bitirib, magistr təhsili yoxdur. Bir saat da olsun belə dərs keçməyib, müəllimlik işi ilə əlaqəsi yoxdur”. 

GDU rəhbərliyinin və X.Umudovun mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1480




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap