Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xəstə qızını söyən şəxsi güllələyib öldürdü - TƏFƏRRÜAT

Tarix 05.02.18, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmaz rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, rayonun Çarxı kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu söyüşə görə güllələyib.

Bildirilir ki, Ehtiram Hidayətov ustadır və fərdi əməklə məşğuldur. O, bir müddət əvvəl Əfqan Cəfərovun evində usta kimi işləyib. Lakin Ə.Cəfərov ustanın pulunun bir hissəsini verməyərək ona borclu qalıb.

Bu günlərdə Ehtiram Hidayətov xəstəlikdən əziyyət çəkən qızını növbəti dəfə İrana müalicəyə aparmalı olub. Maddi sıxıntılar yaşayan şəxs ona borclu olan həmkəndlisinə üz tutub və pulunu tələb edib. Bu zaman həmkəndlilər arasında mübahisə yaranıb.

Polisə könüllü təslim olan Ehtiram Hidayətov deyib ki, Əfqan onun xəstə qızını və ailə üzvlərini söyüb təhqir etdiyi üçün əsəblərinə hakim ola bilməyib. Bu səbəbdən də evə gələrək tüfəngi götürüb və Əfqanın olduğu yerə qayıdıb, onu güllələyib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 274




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap