|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Xəyanət şübhələri Bakıda bir ailəni məhv etdi: “Bizi bir qəbrə qoyun”
Tarix 14.01.17, 15:10 |
|
Ailə qanunlarına zidd hərəkətlər baş verdikdə, qatilə müəyyən mənada haqq qazandıranlar olur. Yəni, qadın həyat yoldaşına xəyanət edir və qarşı tərəf də namusunun ləkələnməsini qəbul edə bilməyib qatilə çevrilir. Çox zamansa hadisələrin gedişatı bunun əksini göstərir. Məlum olur ki, baş vermiş qətlə əslində xəyanət yox, şübhə və qısqanclıq səbəb olur.
Virtualaz.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan 53 yaşlı Nazim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sözügedən cinayət işi üzrə məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.
Qətl və intihar planı
İttihama görə, Binəqədi rayon sakini Nazim Ağayev həyat yoldaşı 45 yaşlı Mehriban Ağayevanın ona xəyanət etməsindən şübhələnib. Bununla bağlı ər-arvad arasında dəfələrlə gərginlik yaranıb, mübahisə düşüb. Arvadını öldürdükdən sonra intihar etməyi qərara alan ailə başçısı bunu Ramazan bayramı günü reallaşdırıb. Hətta bir neçə gün öncə “Bizi bir qəbrə qoyun, xahiş edirəm. Mən onu sevirəm. Heç olmasa, bu xahişi yerinə yetirin. Oğul, yaxşı oğul, məni bağışla. Məcburam, mənim namusum məsələsidir. Aslan içəridən ailəmizi dağıtdı” məzmunlu məktub da yazıb. Həmçinin özünə məxsus pul vəsaitlərinin miqdarı və yeri barədə vərəqdə qeydlər aparıb.
“Oğlanlarımı DNK analizinə aparacağam”
Nəhayət, 17 iyul 2015-ci ildə övladları Hikmətlə Aslanın evdə olmamasından istifadə edən ailə başçısı arvadı ilə növbəti dəfə mübahisə edib. Yaranmış mübahisə qansız ötüşməyib. Öz niyyətini həyata keçirməyi çoxdan planlaşdıran ər qadına bir neçə zərbə endirib. Münaqişə zamanı qadın da bıçağa əl atıb, o da ərini bıçaqlayıb. Aldığı xəsarətlər nəticəsində M.Ağayeva ölüb, N.Ağayev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Nazim Ağayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxaraq “Hikmət, sən mənə oxşamırsan, səni DNK analizinə aparacağam” deyib. Ertəsi gün ailə üzvlərinə bayramla əlaqədar Quba rayonuna getməyi, bir neçə gün orada qalmağı təklif edib. Mehribanla Nazim bir maşında, oğlanları Aslanla Hikmət isə digər maşına əyləşib yola düşərkən qəfil yağış yağmağa başlayıb. Aslan rayonda dolu düşəcəyini deyib Qubaya getməkdən imtina edib. Ağayevlər ailəsi Qubaya deyil, Novxanıya yollanıblar. Günorta saatlarında Aslanla Hikmət şəhərə qayıdıblar.
N.Ağayevin ifadəsinə görə, uşaqlar getdikdən sonra Mehriban ondan doğurdanmı Hikməti analizə aparmaq istədiyini soruşub. O isə cavabında nəinki Hikməti, hətta Aslanı da aparacağını bildirib. Arvadına “şəkər xəstəsiyəm, övladlarıma artıqlaması ilə qayğı göstərirəm, amma onların heç birində mənə qarşı ata məhəbbəti yoxdur” deyib.
“Mənə “bıçağı ürəyinə soxacağam” dedi”
N.Ağayevin ifadəsinə görə, Novxanıdan qayıtdıqdan sonra gecə divanda uzanarkən qəflətən qarın nahiyəsində ağrı hiss edib: ”Mehribanın əlində bıçaq vardı. Əvvəlcə qorxub müqavimət göstərmədim. Sonra qaçıb mətbəxə keçdim, əlimə bıçaq götürüb dəhlizdə dayandım. Mehribana dedim ki, dəlisən, məni niyə bıçaqla vurursan? O isə “bıçağı ürəyinə soxacağam” dedi. Ona həbs olunacağını dedikdə isə, uşaqların bu barədə heç kimə deməyəcəklərini söylədi. Bıçaq əlimdə qapıya tərəf getmək istədikdə qarşımı kəsdi, geriyə mətbəxə qayıtdıqda ayağım ilişdi, başım tumbaya dəydi. Mehriban “qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, nə Aslan, nə də Hikmət sənin oğlun deyil” deyib bıçaqla sinə nahiyəmə zərbə endirdi. Bıçaq sinəmdə qaldı. Özümü qorumaq üçün mən də onu vurdum. Mehriban yıxıldı, bıçağı tulladı. Sonradan özüm də yıxıldım, ayılanda gördüm ki, xəstəxanadayam”.
“Mehribanla barışmaq istəyirdim”
N.Ağayevin ifadəsinə görə, xəstəxanada olarkən ona Mehribanın digər palatada yatdığını deyiblər. Arvadının ölüm xəbərini hüzr mərasimini yola vermək üçün uşaqları ondan pul istədiyi zaman bilib: “Aslan İngiltərədən gəlməmişdən öncə münasibətlərimiz normal idi. O gələndən sonra bir çox hərəkətlərinə görə aramızda münasibət pozulmuşdu, Mehriban həmişə Aslanı müdafiə edirdi. Son günlər evdəki söz-söhbətdən bezmişdim, Mehribanla barışmaq istəyirdim”.
“Bir qəbirdə basdırılmağımızı əhd etmişdim”
N.Ağayev ifadəsində hadisədən əvvəl yazdığı 9 vərəqdən ibarət məktuba aydınlıq gətirib. Həmin məktubu Mehriban anası evində olduğu vaxtlar əsəbi, gərgin halda yazdığını vurğulayıb: “Ailədə Mehribanla aylarla küsülülüyə, dava-dalaşa səbəb Aslan idi. Hətta psixi pozuntularımın olması ilə bağlı Aslan tərəfindən həkim çağırılmışdı. Poliklinikada yoxlanıldıqda sağlam olduğumu dedilər. Ümumiyyətlə, Aslan məni bir ata kimi qəbul etmir, anası ilə ayrıca kirayə ev tutub yaşayırdı. Digər tərəfdən, izlənildiyimi fikirləşirdim. Birimiz gec, birimiz tez öləcəyimiz təqdirdə bizi bir qəbrdə basdırmalarını əhd etmişdim, bunu övladlarıma vəsiyyət etmişdim”.
İlkin dindirmə zamanı şahid qismində dindirilən N.Ağayev qara maskalı bir nəfərin onu və arvadını bıçaqla vurduğunu göstərib.
“Heç bir səbəb olmadan qızımı xəyanətdə günahlandırırdı”
Zərərçəkmiş şəxs qismində dindirilən Solmaz Əliyeva ifadəsində qızı Mehribanın Nazimlə 1991-ci ildə ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu, evliliyin ilk günündən etibarən Nazimin mütəmadi olaraq ailədə söz-söhbət, dava-dalaş saldığını, nəticədə, qızının dəfələrlə ata evinə gəldiyini göstərib: ”Ərinin hərəkətlərinə dözməyib tez-tez küsüb gəlirdi. Nazim hər dəfə yalvararaq onu evə aparırdı. Bir müddətdən sonra yenə də eyni şeylər təkrarlanırdı. 2015-ci ilin aprel ayından münasibətləri daha da kəskinləşmişdi. Heç bir səbəb olmadan qızımı ona xəyanət etməkdə günahlandırırdı. Axırıncı dəfə Mehribanı döydüyünə görə qızım polisə şikayət etmişdi. Artıq söz-söhbətdən, ərinin hərəkətlərindən boğaza yığılmışdı. Bu səbəbdən də boşanmaq qərarına gəlmişdi”.
Mərhumun anası qızının ərindən çox qorxduğunu, onun həyat yoldaşına xəsarət yetirməsinin qeyri-mümkün olduğunu və övladının amansızlıqla öldürdüyünə görə Nazimə ağır cəza verilməsini istəyib.
“Ailə dağılmasın deyə onları barışdırırdılar”
Şahid qismində dindirilən Aslan Ağayev ifadəsində valideynləri arasında mütəmadi olaraq mübahisələr yarandığını, atasının həm onu, həm də mərhum anasını evdən qovduğunu göstərib: “Universitetə qəbul olunduqdan sonra atamla münasibətlərimiz soyumuşdu. Buna səbəb isə anamı müdafiə etməyim idi. Qardaşım polis akademiyasında oxuyurdu, həftədə bir dəfə evə gəlirdi, ailədəki söz-söhbətlərdən o qədər də məlumatlı deyildi. Atam evdə aqressiv hərəkətlər edir, üstümüzə bıçaq atır, bizi evdən qovurdu. Ona görə də, anamla məcbur olub bir ildə üç-dörd dəfə nənəmgildə qalırdıq. Sonradan ailə dağılmasın deyə onları barışdırır, anamı məcburən evə qaytarırdılar”.
“Atam məsuliyyətə cəlb olunmasın deyə şikayət etməyə qoymadıq”
A.Ağayevin sözlərinə görə, 2013-cü ildə təhsilini davam etdirmək üçün Böyük Britaniyaya gedib. Bir il sonra Azərbaycana qayıdıb. Həmin ərəfədə atası ev, maşın almasına baxmayaraq ona qarşı soyuq münasibət bəsləyib. Heç bir əsas olmadan valideynləri arasında söz-söhbətlər yaranıb. Bunun qarşısını almağa cəhd göstərdikdə isə atası ona qəzəblənib və evdən qovub. O zamandan da ayrıca yaşamaq məcburiyyətində qalıb. Son bir neçə ayda atası həm onu, həm də anasını ölümlə hədələyib: “Anamı əsasız olaraq qısqanırdı, telefon zənglərinə özü cavab verirdi. Fiziki təzyiqlərə, hədə-qorxulara məruz qaldığından anam dəfələrlə evdən qaçmışdı. Bir dəfə qonşular zəng vurub atamın polisə aparıldığını dedilər. Polis bölməsinə gedəndə gördüm ki, anamın başı əzilib, boğazında boğulma izləri, qollarında çoxsaylı əziklər var. Atam məsuliyyətə cəlb olunmasın deyə anamı şikayət etməyə qoymadıq. Nənəmin evində yaşadığımız vaxtlarda atam barışmaq üçün gəlsə də, onu evə buraxmadıq”.
Qan gölünə dönən mənzil: ana ölü, ata yaralı
Atasının psixoloji durumundan şübhələnən A.Ağayev onu həkim-psixiatr müayinəsindən keçirib. Amma həkimlər onda ciddi psixoloji problem olmadığını deyiblər. N.Ağayev son vaxtlar bir neçə dəfə “arvad mənimdir, öldürüb 15 il yataram” deməklə onları daim qorxu içərisində saxlayıb. Hadisədən bir gün öncə N.Ağayev yenidən qohumları vasitəsilə arvadını evə qaytarmağa müvəffəq olub. Amma yenə də şübhələrdən, qısqanclığından əl çəkməyib. Atası ilə söhbət edən A.Ağayev onu sakitləşdirməyə çalışıb, şübhələrinin əsassız olduğunu bildirib, hətta şübhələnməməkdən ötrü xüsusi adam vasitəsilə anasını güddürmməyi təklif edib. Bütün bunlara baxmayaraq eyni mübahisələr yenə də davam edib.
Hadisə baş verən gecə qardaşı ona zəng vurub evə nə vaxt gələcəyini xəbər alıb. A.Ağayev evdə vəziyyətin nə cür olduğunu soruşub: ”Gecə qapını açıb evə girəndə anamla atamın yerdə uzandıqlarını gördüm. Anam ölmüşdü, Nazimsə yaralı idi. Şok vəziyyətində qonşuya getdim, təcili yardıma məlumat verdim, qardaşıma zəng vurub evə çağırdım. Nazimdən anamı niyə öldürdüyünü soruşdum, zarıyıb cavab vermədi. Onun bədənində olan xəsarətlərin özü tərəfindən yetirildiyini güman edirəm”.
Məhkəmənin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 130
Kriminal
Xəbərlər
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
TOP 10
ARXİV