Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xəzər dənizinin suyu İran səhralarına daşına bilər - Ambisiyalı layihə

Tarix 10.12.19, 12:19

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər dənizi son illər bir çox problemlə üzləşib. Onların arasında müxtəlif iddialı layihələrlə yanaşı, məişət tullantıları, kanalizasiya suları, sənaye axıntıları ilə çirklənməni qeyd etmək olar.

Ambisiyalı layihələr arasında ən çox müzakirə edilən mövzu dəniz suyunun İranın mərkəzi səhralıq rayonlarına daşınmasıdır. Layihənin əleyhdarları ilə yanaşı tərəfdarları da var. Tədqiqatçılar yuxarıda qeyd edilən ekoloji problemlərlə yanaşı son vaxtlar başqa bir məsələ ilə bağlı həyəcan təbili çalmağa başlayıblar: Xəzər sularında turşuluğun miqdarı artıb. Bu barədə İranın “Hamshahri” nəşrinin redaksiya məqaləsində məlumat verilir.

“Isna” informasiya agentliyinin bu yaxınlarda verdiyi məlumata əsasən, hazırda Xəzər dənizi “həddindən artıq dolub”. Bununla əlaqədar artıq dəniz suyundan istifadədən gələn iqtisadi gəlir gündəliyə daxil edilib.

Babolda yerləşən Nuşirvani adına Texnologiya Universitetinin Elmi Şurasının daimi üzvü Əziz Abesi qeyd edib ki, ən kiçik şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri də çay sularının çirklənmə mənbəyi olacaq, İmamzadə Abdulla və ya Mazandaran vilayətində Babolkenar sənaye zonası Xəzər suları üçün bu cür mənbə rolunu oynayır.

Ekspert həmçinin bildirib ki, sənaye və fabrik tullantılarından əlavə, sahildən cəmi 200-300 metr uzaqlıqda yerləşən və 35 ildir fəaliyyət göstərən böyük zibillik və tullantılar da böyük çirklənmə mənbəyidir.

Bu cür layihələrə tənqidi münasibət bəsləyən tədqiqatçılar ekosistemdə qaçılmaz dəyişikliyi əsas gətirirlər. Bu da Xəzər dənizində həddindən artıq şoranlığa səbəb olacaq. Boru kəmərinin tikintisi məşhur Hirkan meşələrinin məhv olmasına gətirib çıxara bilər. Layihələrin qiymətinin yüksək olması da çaşqınlıq yaradır.

Əziz Abesi bu yaxınlarda çıxışlarının birində qeyd edib ki, atmosferdə karbon qazının miqdarı çoxaldıqca, su hövzələrində də onun miqdarı artır. Suyun karbon qazına doyması turş mühitin yaranmasına səbəb olur.

Parnik qazları və karbon qazının su hövzələrinə təsir göstərdiyini qeyd edən ekspert planetdə qlobal istiləşmə prosesinin, Xəzər dənizində oksidləşmənin yaxın gələcəkdə dayanmayacağını vurğulayıb.

Abesi Mazandaran vilayətində sel sularının Xəzər dənizinə tökülməsinə toxunub. Bu, son dövrlərin ən aktual probleminə çevrilib. Ekspert həmçinin qeyd edib ki, sel suları mühitdə turşuluğun miqdarının artmasına da təsir göstərir. Yağış suyu ilə yanaşı yolda müxtəlif tullantılar sel suyuna qarışır. Çabahar rayonunda təmiz, şəffaf sudan fərqli olaraq çirklənmiş bölgələrdə su tünd yaşıl rəngə çalır.

Xəzər dənizində suyun səviyyəsinə toxunan ekspert xatırladıb ki, alimlər müxtəlif tarixi dövrlərdə bununla əlaqədar qəribə, qeyri-adi dəyişikliklər qeydə alıblar. Su bəlli olmayan səbəblərə görə gah artıb, gah azalıb. Bütün bunlara baxmayaraq, son vaxtlar suyun səviyyəsində kəskin azalma müşahidə edilir.

Xəzər dənizində suyun miqdarının azalmasına səbəb olan növbəti amil suyun orta temperaturunun artmasıdır. Son illər bu göstərici 2-3 dərəcə artıb. Buxarlandığı üçün Xəzər dənizi su hövzəsinin bir hissəsini itirir. Əziz Abesi proqnozların yaxşı olmadığını qeyd edir. Gələcəkdə Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq. Bəzi yerlərdə su sahil xəttindən xeyli uzaqlaşacaq.

(Tərcümə: xpressa.net)




Xəbərin oxunma sayı : 499




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap