Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xəzər icra hakimiyyətində əməliyyat – Şöbə müdiri həbs edildi (FOTO)

Tarix 05.03.21, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib.

HİT.Az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən qandallanıb.

O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən ələ keçib. Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. Barəsində 3 aylıq həbs qərarı çıxarılması və Bakı İstintaq Təcridxanasına göndərilməsi haqda məlumat var. Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunduğu bildirilir. 

Həbsindən sonra Tural Zeynalov cinayət ortaqları haqda ətraflı ifadə verib, aldığı rüşvət, iş  bölgüsünün detallarını istintaqçılardan gizlətməyib.  Məlum olub ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibsə, qiymət də 2 qat artıb. Bundan başqa Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əmək haqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Məlumat gec daxil olduğundan Baş Prokurorluqla dəqiqləşdirmək mümkün olmayıb.
 





Xəbərin oxunma sayı : 1699




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap