Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər - RƏSMİ + VİDEO

Tarix 26.01.21, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə tutulan 62 erməni terrorçusundan söz açıb.

H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Ermənistan müharibə dayandıqdan sonra Azərbaycan hərbçilərinə və sivil vətəndaşlara - mobil operator şirkətinin əməkdaşlarına qarşı terror hücumu təşkil edib.

H.Hacıyevin sözlərinə görə, bu şəxslər Ermənistanın Şirak bölgəsindən gələn ermənilərdir.

“Onların hərbi bazaları Şirakdadır. Onlar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Şirakdan gəldilər və Azərbaycan ərazilərinə hücum etdilər, mövqe qurmağa çalışdılar”,-deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, beynəlxalq və Azərbaycan qanunlarına əsasən, bu kateqoriyadan olan şəxslər hərbi əsir hesab edilə bilməz.

Oxu.Az-ın məlumatına görə,H.Hacıyev onu da vurğulayıb ki, birinci Qarabağ müharibəsi dövründən 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

“Onların əksəriyyəti, yəqin ki, artıq həyatda deyil və kütləvi məzarlıqda dəfn edilib. Biz Ermənistan tərəfindən onların dəfn olunduğu yerin xəritələrini istəyirik. Biz Ermənistandan konstruktiv yanaşma gözləyirik”,-deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ötən ilin dekabrında Xocavənddə keçirdiyi anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşlarından ibarət 62 nəfərlik diversiya qrupu saxlanılıb.

Ermənistan onları “müharibə məhbusu” kimi qələmə verməyə çalışır, lakin həmin şəxslər beynəlxalq qanunlara əsasən terrorçudurlar.







Xəbərin oxunma sayı : 886




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap