Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yakutiyalı şaman yenidən Moskvaya gedir – Məqsəd Putini qovmaqdır

Tarix 08.12.19, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Yakutiyadan olan şaman Aleksander Qabışev yenidən Moskvaya yola düşüb.

Yenə də hədəfi Putini Kremldən qovmaqdır.

Dekabrın 7-də yola çıxan şaman bu dəfə tək deyil, onu Aleksey və Kirill adlı iki dostu müşayət edir. Bundan başqa şaman özü ilə səfərinə dörd it də götürüb.

Raven ləqəbli Yevgeni Rostokinin Qabışevin ruhlarla danışdıqdan sonra səfərə başladığını bildirib.

“Allahın iradəsi yerinə yetiriləcək” deyə o şamanın sözlərini çatdırıb.

Müxbir şamanın özü və yoldaşları ilə əlaqə qura bilməyib. Yakutskda hazırda 44 dərəcə şaxta olduğu bildirilir.

Dekabrın 3-də Yakutiya Ali Məhkəməsi şamanın vəkillərinin Aleksandr Qabışevə cinayət işinin qanunsuz və əsassız başlanması ilə bağlı şikayətini rədd edib.

Şaman Qabışev bundan əvvəlki səfəri zamanı sentyabrın 19-da Buryatiya ilə İrkutsk vilayətinin sərhədində saxlanıb. Ekstremizmə çağırış ittihamı ilə barəsində cinayət işi açılan şaman psixiatrik xəstəxanaya salınmışdı. O, müsahibələrində bunu SSRİ vaxtındakı “divantutma təbabətinin nümunəsi” adlandırmışdı.

Amnesty International insan haqları təşkilatı yakutiyalı şamanı vicdan məhbusu hesab etdiyini bildirib. (azadliq.org)




Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap