Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yanacağın bahalaşacağı xəbərinə deputatdan reaksiya:“Əvvəlcə, maaşlar və pensiyalar artırılmalıdır“

Tarix 17.08.18, 3:31

Font ölçüsü : - / +
bitmap-img6


«Bəzi benzin markalarının bahalaşa bilməsi ehtimalı daha çox doğruya oxşayır. Son zamanlar dünyada baş verən iqtisadi kataklizmlər də belə ehtimalları doğruya bənzədir».

Deputat Fazil Mustafa bunu son günlər «Premium Euro-95» və «Super Euro-98» markalı avtomobil benzinlərinin qiymətinin artırılacağı barədə yayılan mülahizələri dəyərləndirərkən bildirib.

Onun fikrincə, burada əhalidən ötrü daha çox maraqlı olan Aİ-92 markalı benzinin qiymətinin necə olacağıdır: «Əgər bu marka benzinin qiyməti bahalaşmayacaqsa, sosial gərginlik olmayacaq. Digər növ benzinlərin istifadəçiləri isə az olduqları üçün həmin benzin növlərinin bahalaşması o qədər də diqqət cəlb etmir».

Deputat deyib ki, əgər Aİ-92 markalı benzin bahalaşacaqsa, hökumət əvvəlcədən tədbirlər görməlidir: «Belə ki, bu dəfə qiymət bahalaşması marşrut avtobuslarda və metroda bahalaşma kimi olmamalıdır. Hökumət maaşları, pensiyaları artırmalıdır ki, benzin bahalaşdığı halda əhali bu yükün altından qalxa bilsin».

Tarif Şurası iyulun 30-da marşrut avtobusları və metroda gediş haqlarını 50 faiz bahalaşdırıb.

Xatırladaq ki, Son günlər bəzi yerli kütləvi informasiya vasitələrində (KİV) «Premium Euro-95» və «Super Euro-98» markalı avtomobil benzinlərinin qiymətinin artırılacağı barədə məlumatlar yayılır. Həmin markalı benzinlər ölkəyə idxal edilir və onların qiymətlərini Tarif Şurası tənzimləmir. Hazırda Azərbaycandakı yanacaqdoldurma məntəqələrində «Premium Euro-95» markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1.25 AZN (0.74 ABŞ dolları), «Super Euro-98» markalı benzinin qiyməti isə 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir. Aİ-92 markalı benzin də 90 qəpiyədir.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap