Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

YAP-çı deputat Eldar İbrahimov sözlərini dandı:“Mən onlara qarşı çıxmamışam...“

Tarix 09.09.19, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov mətbuatda yer alan fikirlərinə aydınlıq gətirib.

E.İbrahimov deyib ki, “düşmən” ifadəsini keçmişdə Azərbaycan Xalq Cəbhəsindən olan deputatlara aid edib.

O qeyd edib ki, həmin şəxslər dövlətçiliyə qarşı çıxıblar: “Onlar dövlətçiliyə düşmən kimi idilər”.

E.İbrahimov bildirib ki, “düşmən” ifadəsini hazırda Milli Məclisdə təmsil olunan və ya olunmayan partiyalar haqqında deməyib: “Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir. Onlar özləri də bunu yaxşı bilirlər. Çünki həmin şəxslər konstruktiv mövqedən çıxış edirlər. Ona görə də, onlar haqqında elə söz deməmişəm, demərəm də. Ola bilər, fikirlərim düzgün başa düşülməyib, bəlkə kimlərsə ara qarışdırmağa çalışır…

Eldar İbrahimov nə dediyini, yaxşı bilir. Müsahibəmdə fikirlərim yanlış anlaşıla bilər, amma bir daha qeyd edirəm ki, dediklərim hazırki partiyaların nümayəndələrinə aid deyil. Milli Məclisdə təmsil olunan digər partiyalardan olan deputatlara qarşı çıxmamışam… Ara qarışdırmaq istəyənlər əbəs yerə özlərini yormasınlar”.

Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub/Report.




Xəbərin oxunma sayı : 775




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap