Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

YAP-çı deputat Vahid Əhmədova qarşı çıxdı:“Yanlış təhlili ilə süni gərginlik yaradır...”

Tarix 07.12.18, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. O, ölkədə növbəti devalvasiyanın olacağı ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur.

“Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib”.

Deputat qeyd edib ki, Samir Şərifovun fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir. “Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixrac stimullaşdırılmalıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb. Milli Məclis 2019-cu ilin dövlət büdcəsi qəbul edilib. Büdcədə bununla bağlı risklər nəzərə alınıb”.

O, 2019-cu ilin dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap