Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

YAP-ın İdarə Heyəti toplandı - İclasda nələr müzakirə olunub?

Tarix 30.01.19, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 30-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

AzFakt.com-un xəbərinə görə, iclasda YAP İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, partiyanın 2018-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

İdarə Heyətinin iclasında 2018-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi bildirilib. Vurğulanıb ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə – Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olub. Azərbaycanda prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının növbəti – VI Qurultayı keçirilib, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox uğurla həyata keçirib, prezidentliyə namizəd İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilib. 11 aprel tarixi isə Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inam və dəstəyinin möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu istiqamətdə bir sıra mühüm görüşlər keçirilib.

Hesabatda daha sonra qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul olunub və beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat da dinlənilib.



Xəbərin oxunma sayı : 148




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap