Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

YAP-ın yeni namizədləri kimlərdir? - Siyahıda 75 yeni ad var + FOTOLAR

Tarix 28.12.19, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP), nəhayət, deputatlığa namizədlər siyahısını rəsmən açıqladı. Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var. Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.

“AzPolitika.info” həmin YAP-ın yeni namizədləri ilə bağlı məlumatları, dairə nömrələrini əsas götürərək, hissə-hissə oxucularına təqdim edir:

7 saylı Ordubad-Culfa seçki dairəsi:


Quliyev Cəbi Hüseyn oğlu – YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktorudur.

8 saylı Binəqədi birinci seçki dairəsi:


Əliyarlı Kübra Məhəmməd qızı - 01 dekabr 1987-ci ildə anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə magistr təhsili alır. 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.

2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında təlimatçı, 2015-ci ilin yanvar ayından baş təlimatçı vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının VI Qurultayının iştirakçısı olub. İki kitabın müəllifidir.

10 saylı Binəqədi üçüncü seçki dairəsi:


Əliyev Anar Məmməd oğlu - Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini.
Əliyev Anar Məmməd oğlu - 12 Noyabr 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2016-сı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını bitirib. Hal-hazırda Binəqədi Bələdiyyəsi Mənzil Mülkiyyətçilərinin Resurs İnformasiya Mərkəzində Məsləhətçi olaraq fəaliyyət göstərir.

2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 25 yanvar 2018-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclasında təşkilatın Gənclər Birliyinin sədr müavini seçilib.

14 saylı Xəzər seçki dairəsi


Əhmədova Şəfəq Firudin qızı- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvüdür.  

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi kimi forumlarda iştirak edib. 

15 saylı Yasamal birinci seçki dairəsi


Nağıyev Rauf Nəriman oğlu - 1994-2000-ci illlərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisası üzrə təhsil alıb. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosentidir. Avropa Uroloqlar Assosiasiyasının üzvüdür. 

16 saylı Yasamal ikinci seçki dairəsi


Səfərov İlham İlyas oğlu - Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisidir.

20 saylı Nərimanov ikinci seçki dairəsi


Allahyarlı Nihad Vüqar oğlu -  Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. 
Əvvəllər Nihad Allahyarlı  "İRƏLİ" Biznes Klubunun rəhbəri kimi fəaliyyət göstəririb.

22 saylı Nəsimi ikinci seçki dairəsi


Sərraf Balaxan oğlu Hüseynov  - 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin məzunudur. YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiridir.
27 saylı Sabunçu ikinci seçki dairəsi

Salahzadə Əliabbas Qalib oğlu -  Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğludur. 40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.

29 saylı Səbail seçki dairəsi


Hüseynova Aytən Arif qızı - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatorudur.

41 saylı Sumqayıt I seçki dairəsi


Hüseynova Hicran Kamran qızı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədridir.

43 saylı Sumqayıt III seçki dairəsi 


Hacıyev Emin Məcid oğlu- Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvüdür.

56 saylı Xaçmaz kənd seçki dairəsi 

Mərdanov Kənan Zeynal oğlu -  Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktorudur.

57 saylı Kürdəmir seçki dairəsi


Qəribov Nizami İsməli oğlu  - Kürdəmirin bələdiyyə sədridir. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən Saleh Adil oğlu Ələsgərov isə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisidir.

64 saylı Sabirabad ikinci seçki dairəsi 


Məmmədov Ramin Ələmşah oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir. O, bu vəzifəyə 2012-ci ildə təyin edilib.

70 saylı Masallı şəhər seçki dairəsi

Məmmədov Məşhur Şahbaz oğlu - "Embawood” şirkətinin prezidentidir. O, Masallı rayonunun Yeddioymaq kəndindəndir. 

93 saylı Bərdə şəhər seçki dairəsi


Yıldırım Fatma Vidadi qızı - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin müdiridir. 1973-cü ildə Bakıda anadan olan deputatlığa namizəd Bakı Dövlət Universitetinin məzunudur.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi 


Mirbəşiroğlu Elşad Mirbəşir oğlu - Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavinidir. 1977-ci ildə Göygöldə anadan olan Mirbəşiroğlu BDU-nun məzunudur.



Xəbərin oxunma sayı : 1090




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap