Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

YAP İdarə Heyəti iclas keçirdi – Növbədənkənar seçkilərdə iştirakla bağlı qərar verildi

Tarix 10.12.19, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

AzFakt.com partiyaya istinadla bildirir ki, YAP İdarə Heyətinin iclasında ölkədə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir: “Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.



Xəbərin oxunma sayı : 718




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap