Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

YAP Seçki Məcəlləsinin dəyişdirilməsini təklif edir –“Bələdiyyə sədrləri seçki ilə seçilsin, sayları azaldılsın!”

Tarix 11.12.18, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycanda bələdiyyələrin  və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur”.

AzFakt.com bildirir ki, bu sözləri 525-ci qəzet”ə açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, YAP bələdiyyələrin sayının azaldılmasının təklif edir: “Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.

S.Novruzov qeyd edib ki, bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirlər: “Eyni zamanda, hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər. Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq”.

YAP rəsmisi bələdiyyə seçkilərinin də öz vaxtında keçiriləcəyini, burada hansısa dəyişiklik edilməyəcəyini sözlərinə əlavə edib.



Xəbərin oxunma sayı : 190




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap