![]() |
|














YAP Siyasi Şura üzvündən “Əsrin müqaviləsi“nə şərh: “Heydər Əliyevin qətiyyəti ilə...“
Tarix 20.09.19, 9:29 |
|

"Azərbaycanın bugünkü reallıqları "Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətinin aydın mənzərəsini yaradır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi tənəzzülündən xilas etdi. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, əlverişli biznes mühitinin yaradılması ölkəmizin böyük investisiya məkanına çevrilməsini şərtləndirdi. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi müstəqilliyinin, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyasi vəziyyətinin mürəkkəbliyini və bu çətinliklər fonunda atılan addımın əhəmiyyətini belə dəyərləndirir: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".
AzFakt.com xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı mia.az-a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsidir: "Dahi şəxsiyyət neft sənayesini ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirirdi. 1994-cü ildən neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür, həm də bu reallıq statistik rəqəmlərdə öz əksini tapıb. Son 25 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya yatırılıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri 42 milyard dollardan çoxdur. Bu vəsaitin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb. Bu rəqəmi də xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul 3 dəfədən çox artıb. 2020-ci ilə qədərki dövr üçün nəzərdə tutulan hədəflər sırasında inkişaf etmiş ölkələr sırasında addımlamaq, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək istəyimizin əsasında da Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası dayanır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır”.
V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: "Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın yüksəldilməsi yönündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket 4,2 milyon insanı əhatə edib, bu məqsədlə 4 milyard manata yaxın vəsait xərclənib”.
"Azərbaycan postneft dövrünə qədəm qoyub. Enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir”, - söyləyən V.Rəhimzadə əlavə edib ki, bu kimi mühüm uğurlara imza atılmasında Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəyə xidmət edən yeni-yeni layihələrin uğurlu icrası əhəmiyyətli rol oynayır: "Ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən "Əsrin müqaviləsi”nin ardınca ikinci şah əsəri olan BTC neft kəmərinin istifadəyə verilməsi, üçüncü şah əsəri kimi dəyərləndirilən "Şahdəniz” yatağının kəşf edilməsi və sair kimi biri-birindən böyük uğurlar Azərbaycanın dünyanın enerji xəritəsini zənginləşdirməsini şərtləndirdi. 2017-ci ildə "Yeni Əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda TANAP-ın istifadəyə verilməsi, gələn il açılışı nəzərdə tutulan TAP layihəsi Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına yol açdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”.
Baş redaktorun sözlərinə görə, 1994-cü ildə 30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu öndər Heydər Əliyev bildirmişdi ki, "Əsrin müqaviləsi”ni reallaşdırmaqla dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik: "Azəri”, "Çıraq” və "Günəşli” neft yataqlarının bir hissəsinin müştərək işlənilməsini nəzərdə tutan həmin müqavilənin imzalanması ilə bugünkü iqtisadi inkişafın təməlini qoyan Azərbaycan yeni sazişlərin imzalanmasına nail oldu. Ötən 25 ildə 35 müqaviləyə imza atılıb. 25 illik yol, eyni zamanda, "Yeni Əsrin müqaviləsi”nin imzalanmasını zərurətə çevirdi. Belə ki, "Əsrin müqaviləsi”nin imzalanmasının 23 illiyi ərəfəsində "Azəri”, "Çıraq” və "Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılması təbii ki, Azərbaycanın iqtisadi uğurlarına, ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində artan yeri və roluna, etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmləndirilməsinə əsaslanır”.
"Əsrin müqaviləsi” mahiyyətcə iqtisadi xarakter daşısa da onun siyasi əhəmiyyətinin daha önəmli olması ilk gündən diqqəti cəlb etdi”, - söyləyən baş redaktor qeyd edib ki, ötən 25 ildə Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin coğrafiyası genişləndi:
"Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Tərəfdaş dövlətlərin coğrafiyasının genişləndirilməsinin bariz nümunəsi olaraq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 4 il sonra, 2018-ci ildə rəsmi açılışı oldu. Göründüyü kimi, ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə birgə səylərin artırılması sayəsində nail olub. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqımıza təbrikində bu reallığı bir daha diqqətə çatdırıb ki, "Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi”.
Vüqar Rəhimzadə onu da vurğulayıb ki, beynəlxalq səviyyədə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin seçdiyi düzgün yolun ölkəmizi davamlı inkişafa apardığı etiraf olunur, inkişafın Azərbaycan modeli təqdir edilir və öyrənilməsinin vacibliyi bildirilir: "Bu reallıq da hər zaman önə çəkilir ki, dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərə, strateji əhəmiyyətinə görə fərqlidir. Amma bu gerçəklik də inkaredilməzdir ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da məhz bu prinsiplər təşkil edir. Bu gün böyük fəxr və inamla qeyd edirik ki, Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir və bu gün qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması sayəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranını hiss etmədi, əksinə iqtisadi inkişafı ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qorudu. Ölkəyə xarici investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, böyük enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramları uğurla icra edilir”.
V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, bu gün neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir: "Ötən ilin mühüm uğurları sırasında yer alan "Star” neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, hazırda SOCAR Türkiyənin ən böyük investoruna çevrilib. Dövlətimizin başçısı İlham Əliyev "Azəri”, "Çıraq” və "Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində Azərbaycan neftçilərinin əməyini yüksək dəyərləndirərək, ayrı-ayrı dövrlərdə onların göstərdikləri fədakarlıqdan, peşəkarlıqları ilə cəmiyyətdə qazandıqları hörmətdən geniş bəhs edib. SOCAR-ın qazandığı etimad fonunda möhtərəm Prezidentimiz İlham Əliyev bildirib: "Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər”.
"Təbii ki, qeyd etdiklərimiz son 25 ildə keçilən yolun yalnız çox az hissəsidir”, - söyləyən V.Rəhimzadə bildirib ki, "Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, bu günümüz üçün möhkəm təməl yaratdı: "Bu gün Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə doğru addımlayır. İslahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi təbii ki, möhkəm bazaya əsaslanır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq”.
Xəbərin oxunma sayı : 319
Siyasət
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV