Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yaponiya ABŞ və KXDR liderlərinin görüşü üçün ilkin şərtlərin genişləndirilməsinə çağırır

Tarix 25.03.18, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiya ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında keçiriləcək görüş üçün Pxenyan tərəfindən əlavə ilkin şərtlər siyahısına daxil edilən tələblərin icrasına çağırır.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, belə bir xahişlə Yaponiyanın xarici işlər naziri Taro Kono bu yaxınlarda Vaşinqtonda olarkən çıxış edib. İlkin şərtlərə KXDR-in kəşfiyyat orqanları tərəfindən oğurlanmış yapon vətəndaşları probleminin həll edilməsi və Yaponiyanı vura biləcək orta məsafəli raketlərdən imtina edilməsi daxildir. Eyni zamanda, T.Kononun ABŞ tərəfindən bu dövlətin Pxenyandan nüvə silahını tamamilə ləğv edəcəyi və bunun yoxlanılması üçün öz atom obyektlərinə Beynəlxlaq Atom Enerjisi Agentliyinin nümayəndələrini buraxacağı barədə vəd alamasını xahiş etdiyi də bildirilir.

Kyodonun məlumatında vurğulanır ki, Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ-a apreldə planlaşdırılan səfəri zamanı da Yaponiyanın bu mövqeyinin təkrar səslənəcəyi gözlənilir. Tokionun bu fəallığı onunla izah edilir ki, Yaponiya hökuməti ABŞ və KXDR liderlərinin görüşü zamanı Yaponiyanın maraqlarının və təhlükəsizliyinin kənarda qalacağından ehtiyat edir. Qeyd olunur ki, ABŞ administrasiyasının nümayəndələri Yaponiya tərəfinin narahatlığını başa düşdüklərini və məsələyə diqqətlə yanaşacaqlarını bildiriblər.



Xəbərin oxunma sayı : 358




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap