“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Yaponiya ilə Şimali Koreya savaş həddinə çatdı - Tokio xəbərdarlıq etdi

Tarix 29.05.23, 10:11

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiya hökuməti Şimali Koreya hakimiyyətinə kəşfiyyat peyki buraxmaqdan çəkinməyə çağırıb.

AzFakt.com Report-a istinadla xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

Onun sözlərinə görə, Tokio Pxenyanı peykin buraxılmasını dayandırmağa çağırıb: “Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə qarşı böyük təxribat olacaq”.

Yaponiya Müdafiə Nazirliyi isə bildirib ki, Şimali Koreyanın ballistik raketinin və ya onun fraqmentlərinin Yaponiya ərazisinə düşməsi təhlükəsi yaranarsa, Tokionun onların məhv edilməsinə yönəlmiş bütün lazımi tədbirləri görəcək.

Şimali Koreya iyunun 11-dək ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyətindədir. Artıq Pxenyandan müvafiq bildiriş də alınıb.Öz növbəsində Yaponiyanın baş naziri Fumio Kisida vurğulayıb ki, Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır və bu məsələdə irəliləyiş gözləyir. Kisida xatırladıb ki, oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələni həll etmək üçün Kim Çen Inla ilkin şərt olmadan şəxsən görüşmək istəyi barədə dəfələrlə danışıb. Eyni zamanda, Yaponiyanın baş naziri aydınlaşdırıcı suala cavab olaraq, mövzu ilə bağlı Tokio və Pxenyan arasında təmaslar barədə heç bir təfərrüat açıqlamayıb.

KXDR xarici işlər nazirinin müavini Pak San Qil isə qeyd edib ki, Tokio “keçmişdən yapışmağı” dayandırarsa və oğurlanmış yapon vətəndaşları mövzusunun müzakirəsini danışıqlar üçün şərt kimi irəli sürməzsə, Pxenyan Yaponiya ilə sammit keçirməyə hazırdır.

Onun sözlərinə görə, Yaponiya münasibətləri yaxşılaşdırmaq yollarını tapmağa çalışarsa və dəyişmiş beynəlxalq mühitə uyğun olaraq qarşılıqlı tanınma ilə bağlı yeni qərar qəbul edərsə, o zaman Pxenyanın iki ölkə arasında görüşməmək üçün heç bir səbəbi qalmayacaq.

Şimali Koreya diplomatı bildirib ki, Yaponiyanın baş naziri ilkin şərt olmadan Yaponiya-KXDR sammitini keçirmək istəyini dəfələrlə ifadə edib, lakin onun bundan tam olaraq nə əldə etmək istədiyi hələ də bəlli deyil: “Ona görə də 21-ci əsrdə ən yüksək səviyyədə danışıqların iki dəfə aparılmasına baxmayaraq, ölkələr arasında münasibətlərin niyə yalnız pisləşdiyi barədə ciddi düşünmək lazımdır”.

KXDR-in kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən ağrılı mövzulardan biridir. 2002-ci ildə Pxenyan ilk dəfə yalnız 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf edib və onlardan beşinin vətənlərinə qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilərək onların qalıqları yaxınlarına göndərilib.

Lakin qalıqların Yaponiya vətəndaşlarına aid olmasını təsdiqləmək mümkün olmayıb. 2014-cü ilin mayında Yaponiya və KXDR hökumətləri yapon vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqat aparmağa razılaşdılar, lakin sonradan bununla bağlı komissiya Pxenyanın təşəbbüsü ilə ləğv edilib.
img




Xəbərin oxunma sayı : 808




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap