|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yaralı halda döyüşüb şəhid olan igidimiz... - “38 gündən sonra torpağın altından tapıldı balamın meyiti“ + FOTOLAR
Tarix 10.01.21, 14:35 |
|
Adları Vətən tarixinə əbədi həkk olunan, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərimizdən biri - baş leytenant Ağaqardaş Abbasov doğum günündə şəhadətə ucalıb. Ömrü yarıda qırılan, beş il həsrətində olduğu körpəsinin yolunu gözləyən, ata olmağa hazırlaşan, amma övladının üzünü görmədən dünyadan köçən 28 yaşlı hərbçimiz sentyabrın 28-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindəki döyüşlər zamanı düşmən snayperinə tuş gəlib.
Ağaqardaş Abbasov Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Atası ilk övladına 24 yaşında həyatdan köçən qardaşının adını qoyub. Valideynləri, qohum-əqrəbaları ailənin ilk övladı olduğuna görə öz aralarında onu “İlkin” deyə çağırıblar.
“Gözümün ilk nuru idi. Oğlumun taleyi də qardaşım kimi yarımçıq qaldı. İndi məzarlıqda biri atamın sağında, o biri də solunda yatır. Mənim balam çox vətənpərvər idi. Hərbçi yoldaşları deyir ki, müharibə xəbərini eşidəndə qol götürüb oynayıb, bu dəfə hər şey yaxşı olacaq deyib”- şəhid atası İlham Abbasov virtualaz.org-a oğlu haqda danışarkən deyir.
Ağaqardaş Abbasov orta bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Lakin hərbçi olmaq marağı onu ordu sıralarına aparıb, peşəkar hərbçiyə çevrilib. Orta məktəbdə də, tələbəlik illərində də, hərbi xidmətdə də nümunəvi davranışı ilə hər kəsə örnək olub.
Şəhid atası söhbətinə davam edir: “Çox savadlı uşaq idi. Bizim kənddə on bir illik orta məktəb olmadığından uşaqlar doqquzuncu sinfi bitirdikdən sonra qonşu kənddəki məktəbə gedirdilər. Mən kasıb adam idim, təsərrüfatla məşğul olurdum. Pərviz müəllimlə atası Cəlil müəllim dedilər ki, bu uşaq çox savadlıdır, niyə qoymursan təhsilini davam etdirsin? Məcbur olub razılaşdım, uşağı oxumağa yolladım. Oğlumu o səviyyəyə, o savada Pərviz müəllimlə atası Cəmil müəllim çatdırdılar. Onların sayəsində ali məktəbə - Ağcabədidəki Müəllimlər İnstitutuna qəbul oldu. 2014-də ali təhsilini başa vurub hərbi xidmətə yollandı”.
Şəhid atası deyir ki, oğlu ali məktəbi bitirdikdən sonra öz qrup yoldaşı ilə ailə qurub: “Bir gün də olsun müəllim işləmədi, özü hərbçi olmağı seçdi. Kəlbəcərdən olan qrup yoldaşı ilə ailə qurdu. Həmişə ona zarafatla deyirdi ki, Kəlbəcəri sənə özüm hədiyyə edəcəyəm”.
Ağaqardaş Cəlilabad rayonunda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, leytenant rütbəsi alıb. Ondakı döyüş əzmi, Vətən sevgisi bütün şəxsi heyətə ruh verib. Aprel döyüşlərininin iştirakçısı olub. Vətən müharibəsi başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı ayağından qəlpə yarası alan Ağaqardaş döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb.
Şəhid zabitin atası deyir: “Üstümüzdəki 30 illik ləkəni bu uşaqlar sildilər. Bu cavanlar torpaq üçün canlarından keçdilər. Mənim də balamın payına torpağa qurban getmək düşdü. Mənim kimi üç minə yaxın şəhid atası var”.
Ağaqardaş ötən ilin aprelindən Beyləqanda dislokasiya olunmuş hərbi birliyin həmlə briqadasında xidmətə başlayıb. Füzulidə cəbhəni yaran, düşmənin möhkəmləndirilmiş müdafiə səddini keçən, onların ən çətin postunu birinci alan da həmin briqada olub. Daha sonra düzənlik ərazi ilə irəliləyib ikinci müdafiə xəttinə çatanda briqadanın 7 döyüşçüsü şəhid olub.
“Şəhidlərin meyitlərini 38 gün tapa bilmədik. Hər gün Zərdab-Füzuli yollarında qalmışdım. Oğlumun meyitini axtarırdım. 38 gündən sonra torpağın altından tapıldı balamın meyiti. Düşmənlər onlara yaralı vəziyyətdə əzab verib, öldürüb, sonra üstlərini torpaqlamışdılar. Balam yaralı halda hərbi hissənin zabitlərinə zəng vurub onlardan kömək istəyib. Düzdür, oğlumu oradan çıxartmağa can atıblar, amma düşmən həmin ərazini atəşə tutduğundan yaralıları oradan götürə bilməyiblər. Neytral zonada balam yaralı vəziyyətdə qalıb, çıxara bilməyiblər” – şəhid atası göz yaşları içərisində danışır.
Şəhid atası deyir ki, oğlu ilə birgə yeddi hərbiçinin cəsədi 38 gündən sonra “Korqan” deyilən ərazidən tapılıb: “Ora çox qarışıq bir yerdir. Həmin ərazidə su kəməri vardı, yuxarısı isə erməni postu idi. Ermənilər orada pusqu qurublar. Birinci postu alıb keçəndən sonra ikincidə döyüşçülər pusquya düşüblər. Oğlumla birgə döyüşən gizir Babək Abışov vardı, Beyləqandan idi. Mənə deyirdilər ki, əgər girovdularsa ikisi də girovdu, ölüblərsə ikisi də ölüb. Həqiqətən də ikisinin də meyiti eyni gündə, eyni yerdən tapıldı. Oğlumla birgə şəhid olanlardan biri də (Neyteral ərazidən tapılan şəhidlərdən biri Tovuz rayonunun Aran Yanıqlı kənd sakini leytenant Vasif Heydərov olub. V.Heydərov Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralanıb. Yaralı əsgəri yanan BMP-dən çıxarıb, özü ağır yaralansa da sona qədər vuruşub. Nəşi 32 gün sonra düşmən olan ərazilər azad olunduqdan sonra götürülüb. Oktyabrın 30-u dəfn olunub- red.) Tovuzdan olan Vasif adlı oğlan idi”.
38 gün övladını axtaran İlham kişi deyir ki, artıq əlimi hər yerdən üzmüşdü, balasını tapa bilmirdi. Sonuncu gün Füzuliyə naümid şəkildə getmişdi . Səngərlərin hamısı axtarılmışdı, amma şəhidin meyiti tapılmırdı.
Şəhid atası deyir: “Məsciddə dayanmışdıq. Seymur adlı polkovnik-leytenant vardı. Əsasən ondan soruşurduq. Ona zəng vurub dedilər ki, beş meyit tapılıb. Dedim, bu tapılanlar yüz faiz bizim uşaqlardı. Hərbçilər minaaxtaranlarla birgə gətirdilər balalarımızı. Noyabrın 4-də meyitlərə baxdıq, oğlumu tanıdım, dedim ki, mənim balamdı. Öz əllərimlə balamı torpağa qoydum, əllərim qırılmadı, gözlərim kor olmadı” – dərdli ata deyir.
Şəhid atası deyir ki, indi tək ümid yeri, təsəllisi oğlunun yadigarının dünyaya gəlişidir: “Gələn ay balamın yadıgarı doğulacaq. Son ümid yerim dünyaya gələcək o körpədir. Ona görə yaşayıram. Geriyə baxıram heç nəyim yoxdu, yurdum boş qalıb. Allah o körpəni mənə bəxş etsə, bəlkə onunla təsəlli taparam”.
Şəhid başleytenant A.Abbasov ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Xəbərin oxunma sayı : 448
Maraqlı
Xəbərlər
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
TOP 10
ARXİV