Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yaralı vəziyyətdə 4 gün düşmənin atəşi altında, 50 gün isə komada qalan şəhid Saatmirzə Əzimov - VİDEO

Tarix 26.01.21, 21:57

Font ölçüsü : - / +
bitmap-img6


Siyəzən şəhərindən könüllü olaraq cəbhəyə yollanan Saatmirzə Əzimov Cəbrayıl, Füzuli və Xocavənd uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb.

Aprel döyüşlərinin iştirakçısı olan Saatmirzə Vətən müharibəsi başlayan kimi hərbi komissarlığa gedərək cəbhəyə yollanmaq istədiyini bildirib. Döyüş təcrübəsinə malik könüllü düşmən üzərinə yeriyən həmlə qruplarında yer alıb. Onun yer aldığı hərbi birləşmələrimiz artıq Şuşa istiqamətində irəliləməyə başlamışdı. Qələbə üçün alışıb-yanan Saatmirzə Əzimov Xocavəndin Tuğ kəndində gedən savaşda ağır yaralanır. Dörd gün yaralı vəziyyətdə güllə yağışının altında qalan Saatmirzə Əzimov döyüş yoldaşları tərəfindən xilas edilsə də, komaya düşür. 50 gündən sonra isə şəhidlik zirvəsinə ucalır. Ailənin tək oğul övladı olan qəhrəman döyüşçü subay idi.

Şəhidin anası Xatirə Əzimova deyir ki, oğlu ilə danışanda heç vaxt harada olduğunu deməzdi: “Onunla sonuncu dəfə oktyabrın 24-də danışmışıq. Dedi, ana zəng vurub danışmağa vaxtımız olmur. Soruşdum ki, haradasan? Cavab verdi ki, yerimi deyə bilmərəm. Bir neçə gündən sonra xəbər gəldi ki, ağır yaralıdır. Bakıya xəstəxanaya gətirdilər. Bir həftədən sonra isə Mərkəzi Gömrük Hospitalında əməliyyat olundu. Altı saatlıq əməliyyat zamanı bədənindən 3 qəlpə çıxardılar. Bir qəlpə isə baş-beyin nahiyəsində olduğu üçün çıxarmaq mümkün olmadı...”

Saatmirzə Əzimov 1997-ci ildə Siyəzən şəhərində dünyaya göz açıb. Oktyabrın 17-də 23 yaşı tamam olanda hospitalda koma vəziyyətində idi.

“Mən qardaşımın balası ilə fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. O yüksək zirvə hamıya nəsib olmur. Məkanları cənnətdir. Fəxr edirəm ki, Vətənimiz bütövləşdi. Torpaqlarımız azad oldu. Allah Prezidentimizi qorusun! Onun sayəsində, onun siyasi iradəsi ilə biz bu qələbəyə nail olduq. Saatmirzə yaralananda hamımıza çox pis təsir etdi. Sonra hospitalda yatdı, 50 gün koma vəziyyətində qaldı. Ümid edirdik sağalacaq. Çox sağ olsun həkimlərimiz, əllərindən gələni etdilər. Amma Saatmirzənin yaraları çox ağır idi. Beyni zədələnmişdi”, - deyə şəhidin əmisi Zahid Əzimov bildirib.

Saatmirzə Əzimov həkimlərin səyinə baxmayaraq komadan ayılmadı və dekabrın 17-də şəhidlik zirvəsinə ucaldı.

Atası Firuz Əzimov deyir ki, vətənpərvər oğul böyütmüşdü: “Tez-tez mənə sual verirdi ki, ata torpaqlarımız nə vaxta kimi düşmən tapdağında qalacaq? Cəbhəyə könüllü yazılanda da xəbərimiz olmayıb. Deyirdi, mən Qarabağda mütləq döyüşəcəyəm. O, Aprel döyüşlərində də iştirak etmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Saatmirzəni yaralı vəziyyətdə atəş altından çıxaran döyüş yoldaşı siyəzənli Fərid Ağamalıyev də cəbhəyə könüllü yollanmışdır.

“Vətən müharibəsinin ilk günlərindən Saatmirzə ilə döyüşlərə qatılmışıq. Şəhid qardaşımız Cəbrayıl, Füzuli və Xocavənd uğrunda döyüşlərdə fəal iştirak etdi. Saatmirzə Xocavənddə yaralandı. Yaralı vəziyyətdə 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb. Bizim qrup Xocavənddə strateji yüksəkliyi ələ keçirdikdən sonra yaralılarımızı və şəhidlərimizi ərazidən çıxara bildik. Mən Saatmirzəni görəndə vəziyyəti çox ağır idi. İlkin tibbi yardım göstərib ərazidən çıxardıq... Onunla döyüşlərdən qabaq həmişə söhbətləşirdik. Müharibədən sonrakı planlarını soruşurdum. Deyirdi ki, mən Vətən uğrunda şəhid olacağam”, - deyə Fərid Ağamalıyev bildirib.

Şəhid Saatmirzə Əzimov Siyəzən şəhər qəbiristanlığında dəfn olunub.



Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.






Xəbərin oxunma sayı : 562




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap