Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yardımlıda arvadın sifarişi ilə əri öldürənlərə üst-üstə 54 il cəza verildi –Məhkəmə prosesi

Tarix 03.06.19, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aqil Baxşiyev, Vəfalı Əliyev və Nailə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Baxşiyev 18 il 6 ay, V.Əliyev 18 il və N.Ağayeva isə 17 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 29-da Yardımlı rayonundakı meşə zolağında yerli meşəbəyi “UAZ-469” markalı avtomobilin yanında parçalanmış insan meyiti aşkarlayıb.

Meyiti yırtıcı heyvanlar – canavarlar parçalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs Lerik rayon sakini Mail Ağayevdir.

İstintaq zamanı məlum olub ki, qətl hadisəsini M.Ağayevin 43 yaşlı həyat yoldaşının sifarişi ilə yaxın qohumları olan 22 yaşlı Lerik rayon sakini A.Baxşiyev və 25 yaşlı Bakı şəhər sakini V.Əliyev törədiblər.

İlkin araşdırma zamanı müəyyən edilib ki, N.Ağayeva ilə A.Baxşıyev arasında sevgi münasibətləri olub. N.Ağayeva etiraf edib ki, ərini aradan qaldırmaq qərarını o, özü verib və cinayəti də özü təşkil edib. A.Baxşiyev M.Ağayevi öldürməyə razılıq verib və bu iş üçün yaxın qohumuna müraciət edib. V.Əliyev M.Ağayevin sinəsinə bıçaq zərbəsi vurub. Sonra cinayət ortaqları boş maşını uçuruma itələyiblər və meyiti də onun yanına qoyublar.

Beləliklə, onlar kişinin avtomobil qəzası nəticəsində öldüyü təsəvvürü yaratmaq istəyiblər.




Xəbərin oxunma sayı : 199




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap