|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Yavər Camalovun nazirliyi milyonları Seyfullayevin əliylə necə yuyurdu?
Tarix 07.01.17, 6:35 |
|
Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib.
Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.
Virtualaz.org qeyd edir ki, qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.
Seyfullayev və MMC-ləri: “Külli miqdarda qazanırsan, MTN-ə də verməlisən”
Belə epizodlardan biri də “Bakı Tikinti”, “Alfa” adlı MMC-lərin faktiki sahibi olmuş, hazırda isə özünün dediyi kimi “Fazenda” adlı MMC-ni işlədən Seyfullayev Kamal Məmmədağa oğlunun başına gələnlərdir. İstintaq materiallarından məlum olur ki, general Sübahir Qurbanovun əmri ilə onun müavini Füzuli Əliyev və Transmilli Cinayətkarlıqla Mübarizə idarəsinin digər əməkdaşları Seyfullayevi tutaraq onun şirkətlərinin bank hesablarından 2 milyon manat vəsaiti nəğdləşdiriblər və ələ keçiriblər.
Qeyd etmək lazımdır ki, cinayət işinin bu epizodu xeyli dolaşıqdır, iş üzrə şahid qismində dindirilənlərin ifadələri arasında fərqlər var. Belə ki, Seyfullayevin ifadəsinə əsasən MTN-çilər onu 2014-cü il dekabrın sonlarında, axşam saat 19 radələrində Bakının Səməd Vurğun bağı yaxınlığındakı “Niaqara” restoranının yaxınlığında bibisi oğlu İlkin İbadovla birlikdə “Niva” avtomobilində olarkən saxlayıblar. Əməliyyatı ötən epizodlarda olduğu imi Füzuli Əliyev özünün “Audi Q7” avtomobili ilə keçirib. Avtomobilin sükanı arxasında Natiq Alıyev (MTN əməkdaşı) olub.
Paqonlu əcinnələr heç bir izahat vermədən Seyfullayevi və bibisi oğlunu tutub MTN-ə aparıblar. Füzuli Əliyev orada onlara səbəbi başa salıb: “Bizneslə məşğul olursan, külli miqdarda pul qazanırsan, deməli bizə də verməlisən”.
Seyfullayev müqavimət göstərir: “Nəyə görə? Halal yolla qazandığım puldan sizə niyə verməliyəm?”
“Generalın göstərişidir, heroini qoyarıq boynuna...”
Füzuli Əliyev “niyə”ni belə izah edir: “Generalın, Baş idarənin rəisi Sübahir Qurbanovun göstərişidir. 2 milyon manat verməlisən, əks halda həbs olunacaqsan”. Və polkovnik otaqdan çıxır. Ardınca Natiq Alıyev söhbətə müdaxilə edir: “İndi gətirib 1 kiloqram heroni qoyarıq boynuna, onda ağıllanarsan”. Bu vaxt Seyfullayev heroin istifadəçisi olmadığını sübut etmək üçün qollarını çirmələyir, “ekspertiza tələb edirəm” deyir.
Natiq Alıyev və idarənin digər əməkdaşı Zaur Məmmədov isə təbii ki, buna məhəl qoymur. Gecəni Seyfullayev və bibisi oğlu İlkin İbadov MTN-də keçirir. Nəhayət Seyfullayev “təzyiqlərdən bezərək” tələb olunan 2 milyon manatı verməyə razılaşır. Onları MTN-dən buraxırlar. İki gün sonra MTN-çilərin müşaiyəti ilə “Texnikabank”a gedir, orada şirkətlərinin bank hesablarından 2 milyon manat çıxararaq Füzuli Əliyevə verir.
MTN-nin “Texnikabank” əməliyyatı haqda xatırlatma
Bu arada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, həmin əməliyyat “Texnikabank”ın MTN-nin nəzarəti altında olduğu vaxtlarda baş verirdi. 2012-ci ildə MTN-nin qara maskalılarının “Texnikabank”ın baş ofisinə basqın edərək bankın rəhbəri Etibar Əliyevi necə apardıqları, onu bankdan əl çəkməyə məcbur etdikləri məlumdur. Etibar Əliyev bankın səhmlərini ona görə milli təhlükəsizlik naziri Eldar Mahmudova və qudası Cahangir Hacıyevə verməli olmuşdu ki, “Texnikabank”ın beynəlxalq səviyyəli çirkli pulların yuyulması əməliyyatında iştirakına dair kompromatlar ələ keçmişdi.
“Xəzər” filialından milyonlar
Beləliklə, cinayət işinin materiallarına əsasən Seyfullayev 2 milyon manatı “Texnikabank”ın “Xəzər” filialından çıxarıb vermişdi. Pullar çıxarılarkən filialın müdiri Fərid Məmmədov “Texnikabank”ın Baş idarəsinin təhlükəsizlik xidmətinin rəisi, eyni zamanda MTN-in əməkdaşı olan Ayaz Gərayzadəyə zəng vurur. Füzuli Əliyev və dəstəsi Seyfullayevin hesabından pulları Gərayzadənin gözü qarşısında çıxarır.
İstintaq zamanı Füzuli Əliyev Kamal Seyfullayevlə üzləşdirmədən imtina edib. Natiq Alıyev isə Seyfullayevin saxlanılması və “Xəzər” filialından pulların çıxarılması əməliyyatında iştirakını təsdiqləyib.
İbadov deyir: “Seyfullayev bankdan 3-4 kisə pulu çıxarıb maşına yüklədi”
Seyfullayevin bibisi oğlu İlkin İbadovun ifadəsində isə deyilir ki, “Bakı Tikinti” MMC və “Alfa” MMC şirkətlərinin direktoru olub, ayda cəmi 500 manat məvacib alırmış. İşi-gücü isə bu şirkətlərin hesablarından onun adına köçürülmüş pulları nəğdləşdirərək qohumuna verməkdən ibarət idi.
İbadovun dediyinə görə həmin gün o, Seyfullayevlə birlikdə “Texnikabank”ın S.Vurğun küçəsində, “Niaqara” restoranı yaxınlığında yerləşən filailına gediblər. Seyfullayev banka daxil olub, ona deyib ki, bankdan pul çıxarıb aparmalıdır və bu işə kömək etsin. Təxminən 1 saat sonra Seyfullayevin iştirakı ilə bank işçiləri 3-4 bank kisəsi dolu pulu inkassasiya maşınına yükləyib. İnkassasiya maşını yola düşüb. İbadovla Seyfullayev isə özlərinin “Niva” avtomobilində onun arxasınca hərəkət ediblər. “Niaqara” restoranının yaxınlığındakı qaraja çatanda inkassasiya maşınından pulları götürüb “Niva”ya yükləyirlər, bankın maşını çıxıb gedir.
Təxminən 20 dəqiqə sonra həmin qaraja qara rəngli “Cip” yaxınlaşır, maşından düşən hündürboy, 40 yaşlarında biri pul kisələrini “Niva”dan götürüb gəldiyi maşına yükləyir və çıxıb gedir. 3-5 dəqiqə sonra onlar da qarajın yanını tərk edirlər, “Olimpik Star” əyləncə mərkəzinə yaxınlaşanda qarşılarını qara rəngli bir neçə “Cip” kəsir. Maşınlardan düşən 15 nəfərə yaxın mülki geyimli şəxs özlərini MTN əməkdaşları kimi təqdim edib Seyfullayevlə İbadovu aparırlar.
Həmin “Sultan” kafesinə, MTN-çilərin mağarasına...
MTN-in yanına çatanda onları nazirliyə yox, yaxınlıqdakı “Sultan” kafesinə gətiriblər. Bu arada daha bir haşiyə çıxaraq qeyd edək ki, əməkdaşlarımız ötən gün adı MTN işində 100-ə yaxın epizodda keçən “Sultan” kafesində olub. Son iki ildə kafeni işlədən şəxslə söhbətləşib. Həmin şəxs kafenin cəmi bir otaqdan ibarət olduğunu deyib, MTN-çilərin oranı adamları tutub “yolmaq” üçün istifadə etdikləri haqda deyilənləri təkzib etməyə çalışıb. Lakin tamamilə mümkündür və hətta yəqindir ki, görünür bu kafedə əvvəl əsas girişdən sağa və sola, kabinetlərə açılan qapılar olub. Və MTN-dəki qruplaşma dağıdılandan sonra sahibi həmin girişləri bağlayıb, nəticədə kafenin cəmi bir otaqdan ibarət olduğu görüntüsü yaranıb.
İbadov ifadəsində deyir ki, Kamal Seyfullayevlə birlikdə 3 nəfər MTN əməkdaşı həmin kafenin zalından təcrid olunmuş ayrıca kabinetə keçdilər, onu isə kafenin ümumi zalında saxlayıb yanında bir MTN əməkdaşı oturtdular. Əməliyyata gedən digər MTN-çilər də kafenin ümumi zalında qalıblar. Onlar kafedə gecə saat 2-3 radələrinə qədər qalıblar. Bu müddət ərzində Seyfullayev kafenin kabinetində saxlanılırdı.
Saat 02-03 radələrində Kamal Seyfullayevi kafenin kabinetindən çıxardıqda İbadov «gedirik?» soruşub, Kamal Seyfullayev isə, «bizi saxlayırlar, sabah banka gedib pulun qalanını da götürüm, sonra bizi buraxacaqlar» deyib. Seyfullayevi və qohumunu kafedən çıxarıb MTN-ə aparırlar, orada səhərə qədər saxlayırlar. Səhər iki MTN əməkdaşı onları nazirlikdən çıxarır, yenidən “Sultan” kafesinə aparır və birlikdə yemək yeyirlər. Daha sonra təzədən nazirliyə geri qaytarırlar. Həmin gecəni də MTN-də saxlayırlar, ertəsi gün yenə “Sultan” kafesində yemək yeyirlər. Nəhayət həmin günün axşamı Seyfullayev “məsələni həll edir”, onları nazirlikdən buraxırlar.
Filial müdiri: “Seyfullayevin hesablarına həmişə külli miqdarda pullar köçürülürdü”
“Texnikabank”ın “Xəzər” filialının müdiri (Mahmudovçu qruplaşmanın kadrı) Fərid Məmmədov isə ifadəsində deyir ki, Kamal Seyfullayev bankın VİP müştərisi idi, hesablarına həmişə böyük məbləğlərdə pullar köçürülürdü. 2014-cü il dekabrın 24-27-i aralığında Seyfullayevin 4-5 şirkətinin bankdakı hesabna külli miqdarda pullar köçürülür. Seyfullayev pulları hesabdan çıxarmaq üçün ona müraciət edib. Filial rəhbəri bankın baş idarəsinə sifariş göndərərək 18 milyon manat nəğd pul göndərilməsini sifariş verib. Pullar gəldikdən sonra Seyfullayev yenidən banka gəlib, 12 milyon manatı nəğd götürüb, qalan 6 milyon manatı özünün şəxsi bank hesabına ötürüb. 12 milyon manat 3 bank kisəsinə doldurulub və Seyfullayevə verilib.
Haşiyə: Seyfullayevin hesabına həmin 18 milyon manatın niyə köçürüldüyü göstərilmir, lakin istintaq materiallarından görünür ki, bu, növbəti cinayətdən xəbər verən detaldır. Pullar köçürülür və Seyfullayev onun 12 milyonunu nəğdləşdirib hansısa qarajın yanında qara “Cip”də gələn naməlum şəxsi çatdırır. 6 milyonunu isə öz hesablarına köçürür. Niyə?
Seyfullayev 2 gün sonra qayıdır, yanında da MTN-çilər...
İki gün sonra Seyfullayev yenidən banka gəlib, bu dəfə MTN-çilərin müşaiyəti ilə. Filial müdirinin dediyinə görə, MTN-çilərdən Natiq Alıyev ona “MTN-in nəzarəti ilə bank əməliyyatı aparılacaq” deyib. Füzuli Əliyev Kamal Seyfullayevlə birlikdə filial müdirinin otağına daxil olur. MTN-çi deyir: “Bu adamın bank hesablarından külli miqdarda nəğd pul çıxarılması qeydə alınıb, əməliyyat aparılacaq”.
Filial müdiri dərhal bankın təhlükəsizlik xidmətinin rəisi Ayaz Gərayzadəyə zəng vurur. Gərayzadə gəlir. O, Seyfullayev, Füzuli Əliyev və MTN-çilərlə gələn tanımadığı şəxs otaqda oturur. Həmin şəxsi tanımadığını deyir, ancaq belə başa düşür ki, adam pulların sahibi imiş. Beləliklə, Seyfullayevin hesablarından həmin 6 milyon manat çıxarılır, pulun 4.2 milyon manatını naməlum şəxs, qalanını Füzuli Əliyev götürür. MTN-çilər çıxıb gedirlər, daha sonra Seyfullayev bankı tərk edir. Və Gərayzadə filial müdirinə tapşırır ki, bu əməliyyat barədə əmr “yuxarıdan” gəlib və gördüklərini heç kimə danışmasın...
Gərayzadə-həm bankirdir, həm MTN-çi, Füzuli Əliyev də dostudur
İstintaq həmin Gərayzadəni də dindirib. O deyib ki, 1993-cü ildən 2015-ci ilə kimi MTN-də müxtəlif vəzifələrdə işləyib. Paralel olaraq 2012-ci ildən 2015-ci ilə qədər “Texnikabank”ın idarə heyətinin sədr müavini işləyib. Təhlükəsizlik məsələlərini kurasiya edib. Füzuli Əliyevlə MTN Akademiyasında birlikdə oxuyub, onunla dost olublar.
Gərayzadə deyir ki, 2014-cü il dekabrın sonunda Füzuli Əliyev ona zəng vurur. “Sizin bankda bir gün əvvəl külli miqdarda pulların nəğdləşdirilməsi əməliyyatı aparılıb. Bununla bağlı filialda görüşməliyik” deyib. Gərayzadə dərhal filial müdiri Fərid Məmmədova zəng vurur, dünən aparılan əməliyyatın (Seyfullayevin bankdan 12 milyon çıxarması) nədən ibarət olduğunu soruşur. Fərid Məmmədov isə “qanuni əməliyyat aparıldığını” deyir. Gərayzadə baş ofisdən çıxıb “Xəzər” filailına doğru yola düşür, bu vaxt Füzuli Əliyevin dəstəsi artıq banka çatmışdı.
Xoruzun quyruğu göründü: Pullar Yavər Camalovun nazirliyindən köçürülübmüş
“İçəri girəndə Fərid Məmmədovun otağında Füzuli Əliyevi, Natiq Alıyevi, əvvəllər uzun müddət bizneslə məşğul olan şəxs kimi tanıdığı Kamal Seyfullayevi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin adını bilmədiyim vəzifəli şəxsini gördüm. Məlum oldu ki, Füzuli Əliyev artıq dünənki əməliyyatla bağlı maliyyə sənədlərini araşdırıb, faizləri hesablayıb. Onlar pulları çıxardılar, dəqiq bilmədiyim məbləği Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verdilər, qalan1.8 milyon manatı isə özləri götürüb getdilər”-Gərayzadə deyir.
Beləliklə, filal müdiri Fərid Məmmədovun ifadəsində göstərdiyi “tanımadığım şəxs”in kimliyi də Gərayzadənin ifadəsində açılır. Məlum olur ki, Seyfullayevin MMC-lərinin hesablarına 18 milyon manatı (təkcə bir epizodda köçürən dövlət təşkilatı Müdafiə Sənayesi Nazirliyi imiş. Hansı ki, həmin puldan 2 milyon manatını MTN quldurları “haqq” kimi ələ keçirib. Özü də nazirliyin əməkdaşının iştirakı ilə. Bəs Nazirliyi Seyfullayevlə və onun MMC-ləri ilə nə bağlayırdı? Bu isə yeni istintaq prosesinin araşdıra biləcəyi məsələdir.
“Heç olmasa 150 mini qaytarsın...”
Gərayzadə bildirir ki, MTN-çilər gedəndə Seyfullayevi də özləri ilə apardılar. Bankdan pulun çıxarılıb bölüşdürülməsi haqda isə heç bir sənəd, protokol- filan olmadı. İki-üç gün sonra Seyfullayev Gərayzadəyə zəng vurur, onun Füzuli Əliyevlə dost olduğunu bildiyi üçün xahiş edir ki, MTN polkovnikindən apardığı pullardan heç olmasa 150 min manatını geri qaytarmağı istəsin. Gərayzadə F.Əliyevə zəng vurur, dostundan xahiş edir. MTN polkovniki isə cavab verir: “Sən bu işə qarışma!”
İstintaq Seyfullayevin telefon danışıqlarının general Sübahir Qurbanovun göstərişi ilə MTN-in Monitorinq Mərkəzi tərəfindən dinlənildiyini sübut edən dəlilləri də toplayıb. Lakin istintaq Müdafiə Sənayesi Nazirliyinin Kamal Seyfullayevlə birlikdə apardığı pul yuma əməliyyatının detallarını araşdırmayıb. Hansı ki, cinayət işinin bu epizodunun həmin hissəsindən daha bir qalmaqallı cinayət işinin iyi gəlirdi...
Xəbərin oxunma sayı : 949
Gündəm
Xəbərlər
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
-
Bakıda görmə məhdudiyyətli şəxs evini kirayə verdi, bütün əşyaları oğurlandı - VİDEO
-
Sabiq deputat Hadı Rəcəbli vəfat edib - Burada dəfn olunacaq
-
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Bakıda işıq dirəkləri oğurlanan, qaranlığa qərq olan yol - VİDEO
-
“Vaşinqton Ukraynanın effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır“ - ABŞ institutu
-
Bazarlarda satılan mövsümə uyğun olmayan meyvələrin qiymətləri - ARAŞDIRMA + VİDEO
-
“Qərb Ukraynada “Dəmir qübbə” sistemi yarada bilməz” - Borrel
-
Masallıda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO
-
Sevdanın geyimi tənqid olundu - Video
-
Ən yaxşı məşqçilərinin siyahısı açıqlandı:Qurbanovun reytinqi yüksəlib
-
Fransa Azərbaycandakı səfirini geri çağırdı
-
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
-
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
-
Deputatlar toplanır - Gündəlikdə 14 məsələ var
-
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb - Nələr müzakirə olunub?
-
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” – Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?
-
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
-
Jurnalist övladları imtahanlarda neçə bal topladılar… - SİYAHI+FOTO
-
Azərbaycan İran və Türkmənistandan pomidor almağa başlayıb – 94 qəpiyə
-
DİN tərəfindən müsadirə edilmiş 2 ton narkotik məhv edilib - VİDEO
-
“Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb” - Ərdoğan
-
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR
-
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng etdi - Müzakirə
-
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar - SİYAHI
-
“Mənzurə Mətanəti biabır etdi: “O, yaxşı şpaqat aça bilər...“ - VİDEO
-
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
-
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
TOP 10
ARXİV