Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yaxın Şərqdə misilsiz şahmat partiyası:bölgə dövlətləri Amerikanı Yaxın Şərqdən qovur

Tarix 09.11.17, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər KİV-lərimizdə xoş bir mənasızlıq və titrək bir həyəcan hökm sürür…

ABŞ və NATO-nun bütün ruporları, Atlantika və AB bülbülləri – “Sözçü”dən tutmuş “Hürriyet”, “Sabah”, “Habertürk”-ə qədər hamısı bəlağət məşqi keçir. Söhbət bundadır ki, Rusiya “Demokratik Birlik” partiyası (PYD) təmsilçilərini Soçiyə Suriya xalqlarının görüşünə dəvət edib.

Bəzi zəncir köpəkləri bir andaca sevincdən atılıb düşdülər. Onlar onsuz da Rusiya ilə bağlı heç bir imkanı əldən buraxmırlar, bu dəfə isə dərhal dilə gəliblər: “Rusiya da ABŞ kimi PKK-ı dəstəkləyir”.

Məsələn, Gülün və Davudoğlunun “Karar“ qəzeti yazıb: “PYD üçün Rusiya-Amerika sipəri”.

Hadisələri düzgün anlamaq lazımdır. Əlbəttə, Rusiyanın PYD-i bu cür dəvət etməyi diqqətsiz qala bilməzdi. Əlbəttə, bu, Türkiyəyə yönəlik təşəbbüs kimi labüdən tənqid olunacaq və qınanacaq mövqedir. Amma mən ondan danışıram ki, dərhal bu cür yetərincə şəffaf olmayan təşəbbüsün üzərinə atılır və qiymət verirlər: “Baxın, Rusiya da ABŞ kimi PKK-ı müdafiə edir”.

Özü də Ankaranın reaksiyasından sonra beş gün qabaq ortalığa çıxan dəvət geri çağırılıb. Türkiyə prezidentinin rəsmi təımsilçisi İbrahim Kalının bəyanatına görə, Moskva Türkiyəyə deyib ki, PYD konqresə dəvət olunmayacaq.

Kremlin mətbuat katibi Dmitri Peskov erkən bəyanatlarının birində qeyd edib ki, bu cür dəvət ideyası Putinə məxsusdur. Bəli, bu, Putinin ideyası idi, amma mahiyyətcə dəvət Suriya prezidenti Bəşər Əsəddən qaynaqlanıb. Dəməşqin bu cür mövqeyi isə daha çox o kontekstdə şərh olunub ki, Türkiyə Suriya hökuməti ilə birbaşa dialoqu inadla yoluna qoymaq istəmir. Hətta İŞİD daxil Suriyadakı bütün terrorçu qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı və Qətər kimi dövlətlərin Əsədlə dialoq yolu aradığı bir vaxtda Ankaranın əvvəlkitək müqavimət göstərməsi faktı böyük itkilərdən xəbər verir. Türkiyə birbaşa Dəməşqlə mümkün qədər tez diplomatiyaya başlamalıdır.

Rusiyanın məharətli şahmat gedişləri

Amma bu məqalənin əsas mövzusuna keçək. Bununla bağlı növbəti dəfə ekspert fikrinə, yəni bölgə və neft siyasəti üzrə ekspert F.Uilyam Enqdalın düşüncələrinə müraciət edəcəyəm. Engdal bu günlərdəki məqaləsində Bərzaninin iflasında Bağdad, Türkiyə və Rusiyanın hansı rolu oynadığına işıq salır. Və deyir ki, Rusiya Suriyada da oxşar gediş edir. Engdal 2017-ci il oktyabrın 17-də İtaliyada “Rosneft”in başçısı İqor Seçinin də olduğu konfransa qatılıb və Rusiya ilə Bərzani arasında neft sazişi bağlanmazdan iki gün əvvəl mühüm məlumatlar öyrənib. Rusiyanın “Rosneft” dövlət şirkəti müstəqillik haqda 25 sentyabr referendumundan dərhal sonra şimali İraqda ən böyük neft kəmərinin bir hissəsini əldə etmək niyyətini elan edib. Oktyabrın 20-də uyğun saziş imzalanıb. Rusiya buna uyğun olaraq boru kəmərinin gündəlik buraxılış qabiliyətini 950 min barrelədək artırmağı planlaşdırır. “Rosneft” boru kəmərinin 60%-ə, Ərbildəki “Kar Group” isə qalan hissəsinə sahiblik edəcək. “Rosneft” boru kəmərinə üç milyardyarım dollar yatırır. Bundan başqa, “Rosneft” iqtisadi böhran yaşayan şimali İraq administrasiyasına bu ilin əvvəlində 1,2 milyard dollar həcmində kredit verib. Bununla yanaşı, Moskva bundan bir qədər öncə sentyabrın 18-də Ərbillə təbii qaz üzrə bir milyard dollar məbləğində saziş imzalayıb. Bu yatırımlar Rusiyanı şimali İraqda ən böyük yatırımçıya çevirib.

Rusiya oktyabrın 19-da isə Suriyada maraqlı gediş edib.

“Suriya Demokratik Qüvvələri” (SDG), yəni ABŞ-ın Deyr-əz-Zorda dsətəklədiyi və əsasən PYD təmsilçilərindən ibarət kürd qrupları gözlənilməz sazişə gedib və bölgənin ən zəngin əl-Təbiyə yatağını Rusiya silahlı qüvvələrinə veriblər. SDG qüvvələri bu yatağı sentyabrın 23-də İŞİD-dən almışdı. əl-Təbiyə yatağını əvvəllər Amerikanın CONOCO şirkəti istismar edirdi. Onun istehsal potensialı gündə 13 milyon kubmetr təbii qaz təşkil edir.

Livanın “əl-Məsdər” agentliyi yazır ki, Rusiya bu yatağı Suriya hökumətinə qaytaracaq. Rusiya xarici işlər naziri müavini Mixail Boqdanov Suriyanın Qamışlı bölgəsində Suriya rəsmiləri və kürd liderlərlə məxfi görüşdə buna söz verib.

Bu arada, məlum olduğu kimi, Türkiyə, İraq və İran bir-birilə sözləşərək Bərzaninin saxta krallığını etibardan salıb. Əvvəllər ABŞ dövlət katibi Reks Tillersonun başçılıq etdiyi Exxon-un da Kərkükdəki planları havaya uçub.

Və budur, Rusiya bu hadisələrin arxa planında son dərəcə savadlı şahmat partiyası oynayıb. Bərzaninin Rusiya ilə sazişi tayfa liderlərinə ABŞ-dan gözlədikləri dəstəyi əldə etmək imkanı vermədi. Bundan başqa, ruslar bilirdilər ki, “Rosneft” İraqın şimalında neft kartını əlində tutsa, kürdlər əvvəlki kimi yenə də öz neftlərini Türkiyə üzərindən tədarük edəcəklər.

Türkiyə hələ iki il öncə Rusiyaya düşmən cinahda olarkən neft və təbii qaz tədarükünü İŞİD və Bərzani vasitəsilə həyata keçirirdi. Bu arada Türkiyə indi Suriyadan gələn qaz üzrə Dəməşqlə, şimali İraqdan neft üzrə isə “Rosneft”lə, yəni Rusiya ilə anlaşmalı olacaq. Rusiya da İraqda Bağdadla dialoq aparır, Suriyada isə onsuz da Əsədin əsas müttəfiqidir. Bütün bu hadisələr Ərdoğanın İraq baş naziri Heydər əl-Abadiylə görüşünə zəmin hazırlayıb və Ankaranın Əsədlə birbaşa danışıqlar yolunu təmizləyib. Türkiyə artıq bu yolla gedir.

Və əlbəttə, ABŞ-ın qəzəbini öz üzərinə çəkir.  

Qətər oxşar durumdadır. Hələ bir il qabaq ərəb NATO-su yaratmaq və İranla Suriyanı hədəfə götürmək üçün bir yerə yığışan süni ərəblər və Fars körfəzi ölkələri rabitəsiz vəziyyətdədir. Qətər bu gün İranla birgə diqqətini Avropa və Çinə təbii qaz tədarükü layihələrinə cəmləyib, Türkiyə, Rusiya və Çinə müttəfiq, ABŞ-ın oyuncağı Səudiyyə Ərəbistanına isə düşmən olub.

Putinin şahmat partiyası nəticəsini verib. ABŞ-ın Yaxın Şərq arzuları Qərbi Asiya qalasında puça çıxıb. Rusiya hətta Səudiyyə Ərəbistanını da öz tərəfinə çəkməyə çalışır. ABŞ isə xof içində çevrilişlər təşkil edir. Kral Salmanın silah almaq qəsdiylə Moskvaya son səfərindən sonra Ər-Riyadda saray çevrilişi görürük.

Lakin ABŞ-da hər şey ona doğru gedir ki, Tramp Rusiya ilə gizli təmaslar ittihamı üzrə prezident kreslosundan olacaq. Düşünürəm ki, impeachment, yəni ABŞ-ın seçilmiş prezidentinin vəzifədən uzaqlaşdırılmasını 2018-ci il ərzində görəcəyik.

Mənim baxışımca, bizim atlantçı KİV-lərimizin buna Rza Zərrabın işindən az diqqət yetirməməsi yerinə düşərdi.

Yaxın ətrafının başçılıq etdiyi yeni mühafizəkarlar komandasına uyan Tramp özü öz axırını hazırlayıb.

Yaxın Şərqdə sarsıdıcı məğlubiyyətə məruz qalan ABŞ-dan sonra Səudiyyə Ərəbistanı da Amerika kimi iç hərc-mərcliyi dövrünə ayaq qoya bilər.

MKİ əbəs yerə Rusiya rəsmilərinə qarşı sui-qəsdlər qurmayıb. Gülənçi pilotlar Suriyada Rusiya hərbi təyyarəsini vurandan sonra iki il ərzində Rusiyanın səfiri Andrey Karlov Ankarada Fətulla Gülənin FETÖ terror təşkilatının sui-qəsdinin qurbanı olub, xarici işlər nazirliyinin əməkdaşı Pyotr Polşikov öz evində ölü tapılıb, ehtimal olunduğu kimi, mühüm əməliyyatların şahidi olmuş NATO auditoru İv Şandelon başına atəşlə qətlə yetirilib, bortunda Qızıl Ordu xoru olan təyyarə isə Qara dənizə düşüb, 2016-cı il dekabrın 27-də “Rosneft”in ikinci adamı öldürülüb. Şirkətin başçısı İqor Seçinin sağ əli olan Oleq Yerovinkin öz avtomobilində ölü tapılıb. Keçmişdə Rusiya kəşfiyyatının generalı olmuş Oleq Yerovinkin “Kreml sirlərinin qoruyucusu” kimi tanınmışdı. 2017-ci il sentyabrın 24-də isə Suriyada Deyr-əz-Zorda “İŞİD döyüşçüləri” tərəfindən Rusiya generalı Valeri Asapov qətlə yetirilib. Bütün bu sui-qəsdlər və nəticələri sonluğu dəyişməyib.

Bölgəmizə müharibə və qandan savayı heç nə gətirməyən Amerika imperializmi bölgə dövlətlərinin əməkdaşlığı sayəsində Qərbi Asiyadan qovulub.

Dünya müharibə və dağıntılardan yorulub, yeni dünya qurmağın zamanı çatıb.


Hüseyn Vodinalı

Aydinlik Gazetesi (Türkiyə), 08.11.2017

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 784




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap