Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yazıçılar Birliyi sədr seçkisinə gedir:“Gənc yazıçılar sədr vəzifəsinə seçilə bilməzlər“

Tarix 11.04.19, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı 2020-ci ilin mart ayında keçiriləcək.

Bunu AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib.

Ç.Abdullayev qurultayda sədrliyə namizədliyini irəli sürməyi düşünmədiyini desə də, bununla bağlı qabaqcadan proqnoz verməyin düzgün olmadığını əlavə edib: “Ümumiyyətlə, yazıçılar öncədən proqnoz verə bilməz. Kim seçiləcəksə, o, sədr təyin olunacaq. Mən 4 dəfə qurultayda katib vəzifəsinə seçilmişəm. Hesab edirəm ki, sədr vəzifəsini Anardan başqa heç kim yaxşı icra edə bilməz. Bunu Anarla 30 il birlikdə çalışan bir şəxs kimi deyirəm. Əgər Anar namizədliyini irəli sürərsə, mən yenə də ona səs verəcəm”.

Ç.Abdullayev AYB-yə sədr seçilmək iddiasında olan gənc yazıçıların istedadlarını sübut etmək üçün yaradıcılıq nümunələrini, kitablarını ortaya qoymaqlarının zəruri olduğunu vurğulayıb: “Azərbaycanda AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar. Hər yoldan ötən sədr vəzifəsinə seçilə bilməz. Əgər bir gənc həqiqətən də nüfuzlu və istedadlıdırsa, kitablarını ortaya qoysun. AYB-yə həmişə əfsanəvi şəxslər sədrlik edib. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, İmran Qasımov, İsmayıl Şıxlı kimi istedadlı yazıçılar sədr seçiliblər. Təbii ki, gənc yazıçılar arasında kimlərisə vəzifəyə qoymaq olar, amma onlar yenə deyirəm ki, sədr vəzifəsinə seçilə bilməzlər”.

Report



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap