|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yəhudi əsilli kürəkən, Harvard məzunu, Ağ Evin ən diqqətçəkən fiquru...
Tarix 16.06.17, 22:54 |
|
Trampın prezidentliyə gəlişindən sonra yeni administrasiyada ən diqqətçəkən fiqur Cared Kuşner oldu
Kuşner Trampın sevimli qızı İvankanın həyat yoldaşıdır. Hələ seçki kampaniyası dövründə ona Tramp komandasının "boz kardinalı" deyirdilər. Trampın qələbəsi Kuşnerin siyasi çəkisini daha da artırdı. İndi o, administrasiyada prezidentin vədlərinin həyata keçirilməsinə, bir neçə ölkə ilə münasibətlərin yoluna qoyulmasına cavabdehlik daşıyır.
Kuşner ailəsinin keşməkeşli həyatı olub. Enişlər və yoxuşlar yaşayan ailə son nəticədə Birləşmiş Ştatların öz vətəndaşları üçün yaratdığı imkanlardan artıqlamasıyla yararlanıb.
"Ailə hər şeydən üstündür". Cared Kuşner ötən il "The New York Observer" jurnalına müsahibəsində belə demişdi. Kuşner səmimi idi və onun bütün bioqrafiyası bu fikrini təsdiqləyirdi. "Ailədən möhkəm yapışmaq" anlayışı nəslin "matriarxı" sayılan Raisa Kuşnerdən (Caredin ata nənəsi) – Belarusda nasist işğalının dəhşətləri və ağır şərtləri altında sağ qalmağı bacaran qadından gəlirdi.
Yaşam uğrunda savaş
1941-ci il, Qərbi Belarus… Almaniyanın SSRİ-yə hücumundan təxminən iki həftə keçmişdi. Almanlar Minskin ardınca Novoqrudoku da ələ keçirmişdilər.
Şəhərdəki yəhudilərə seçilmələri üçün paltarlarına sarı ulduz tikməyi əmr etmişdilər. Həkimlər, hüquqşünaslar və digər intellektual peşə sahiblərini mərkəzi meydandaca güllələyirdilər. Meydana axmış qanı yumaq üçün hər biri 50 yəhudi qızdan ibarət bir neçə xadimə dəstəsi yaradılmışdı. O qızların arasında Raya Kuşner də vardı.
1943-cü ilin ortalarında Rayanın anası və bacılarından biri dünyasını dəyişdi. Atası, bacısı və bir qardaşı hələ sağ idi. Həmin ərəfədə təxminən 500 məhbus nasistlərdən qaçmağa qərar verdi. Öz əlləri ilə tunel qazdılar. Qaçış baş tutdu. Rayanın qardaşı öldü. Ailənin yerdə qalan üzvləri partizan dəstəsinə qoşularaq Qırmızı Ordunun gəlişini gözləməyə başladı.
Müharibədən sonra – 1945-ci ildə Raya dülgər işləyən İosif Berkoviçlə ailə həyatı qurdu. Ər-arvad qeyri-leqal yolla, piyada İtaliyaya keçdilər. Orada qaçqınların düşərgəsində ABŞ-a viza aldılar.
İmkanlar ölkəsi
Birləşmiş Ştatlara gələn İosif (artıq Jozef olmuşdu) həyat yoldaşı Rayayla birlikdə Nyu-Yorka – Bruklinə yerləşir. Və Nyu-Cersidəki tikintilərdə işləməyə başlayır. Əməyinin bəhrəsini görən Jozef tezliklə yaxşı imkana sahib olur. Cütlüyün iki oğul – Myurrey, Çarli və bir qız övladı Ester dünyaya gəlir.
Atanın ölümündən sonra ailənin işlərini Çarlz əlinə alır. İşləri daha da böyüdür. Artıq ailənin saysız-hesabsız evləri, banklarda hesabları, həmçinin mehmanxana biznesi olur.
Kuşnerlər xeyriyyəyə pul sərf etməkdən çəkinmirdilər. Ailə iudaizm inancına etiqad edir və bu inanca bağlı olan təhsil müəssisələrini həvəslə maliyyələşdirirdi. Raisa Kuşner özü ABŞ-dakı Holokost muzeyinin qurucularından biri idi.
1981-ci ildə Çarlzın oğlu Cared dünyaya gəlir. O, böyük, mehriban və qatı dindar ailədə böyüyüb başa çatır.
Patriarxın çöküşü
Çarlz Kuşner siyasətə başa vurur və ABŞ-dakı Demokrat Partiyasının əsas donorlarından birinə çevrilir. Ölkə boyu bütün məşhur siyasətçilər, eləcə də Hillari Klinton mütəmadi olaraq onun evinə qonaq gəlirdi.
Çarlzın maliyyə dəstəyi sayəsində Cim Makqrivi Nyu-Cersiyə qubernator seçilir. Seçkidəki qələbəsindən sonra Makqrivi bu dəstəyin əvəzini çıxmaq üçün Kuşnerə Nyu-York və Nyu-Cersidə liman nəzarətini üstlənməyi təklif edir.
Bu, Çarlza məlum 11 sentyabr olaylarında çökmüş "əkiz qüllələrin" bərpası üçün nəhəng müqavilə bağlamağa imkan yaradırdı.
Lakin prespektiv hamının ürəyincə olmur. Qardaşı Myurrey Çarlzı pulları mənimsəməkdə ittiham edir. Və "Kushner Companies"in mühasibini də şahid kimi göstərir. Mühasib bildirir ki, Çarlz öz müəssisəsinin dövriyyəsindən gələn pulları qanunsuz olaraq götürürək siyasilərə bağışlayır.
Tanınmış ailədə yaranmış bu qalmaqal Nyu-Cersinin iddialı prokuroru Kris Kristinin diqqətindən qaçmır. Çarlz Kuşnerə rəsmi ittiham irəli sürür. O da məcburən liman dairəsinə rəhbərlik üzrə namizədliyini geri götürməli olur.
Çarlza görə, əsas günahkar bu işdə istintaqa kömək edən bacısı Ester idi. Çarlz qisasını alır. Bacısının ərinə əxlaqsız qadın göndərərək onları videolentə çəkdirir və həmin çəkilişi Esterə göndərir.
Lakin bu tələ onun öz ziyanına işləyir. Şahidin ailəsini dağıtmaq cəhdi ona və istintaqa təzyiq kimi qiymətləndirilir. Çarlz bu addımıyla öz quyusunu qazmış olur. İşini yüngülləşdirmək hər şeyi etiraf etməli olur.
Vergidən yayınma, şahidlərə təsir göstərmək cəhdi, siyasi kampaniyaların qanunsuz maliyyələşdirilməsi… Bu ittihamlar üzrə Çarlz Kuşnerə 2 il həbs cəzası verilir.
Prokuror Kristi bu qələbənin təxminən 10 il sonra onun karyerasına necə zərbə vuracağından xəbərsiz şəkildə bayram edirdi…
Bu arada, Cared artıq Harvardı başa vurmuşdu. Bu universitetə təhsilindəki uğurlardan çox, atasının sərf etdiyi milyonluq ianələrin sayəsində düşmüşdü.
Cared nəyin bahasına olursa-olsun ailəsinin nüfuzunu bərpa etməyi hədəfləmişdi. Mediadakı imkanlarını genişləndirmək üçün "The New York Observer" nəşrinə sahib oldu.
İl yarım sonra atası Çarlz həbsdən çıxdı. Lakin şirkətin başına keçməyərək bu işi Caredə həvalə etdi. Düşündü ki, belə bioqrafiya ilə Caredin şirkət üçün kredit almaq imkanları daha genişdir. Ata-oğlu çox uğurlu tandem yaratdı və onların biznesi yüksəlməyə başladı. Tezliklə ailə Nyu-Yorkun məşhur rayonlarında bir neçə göydələnə sahib oldu.
Şirkətin əməkdaşlarının sayı 70-dən 700-ə yüksəldi. Bu uğurların fonunda Çarlzın məhkumluq həyatı unudulub getmişdi.
2007-ci ildə iş yeməklərinin birində Cared tikinti maqnatı Donald Trampın qızı İvanka ilə tanış oldu. İki il sonra Kuşnerlərin təkidi ilə İvanka iudaizmi qəbul edəndən sonra Cared onunla evləndi.
Ağ Evə doğru…
2015-ci ildə Tramp prezident seçkilərinə qoşulmaq niyyətini açıqlayandan sonra Cared dərhal ona köməyə gəldi. Demokratlar ailəsinə böyüməsinə baxmayaraq, Cared hesab edirdi ki, ailə bağlarına görə Trampa yardım etməyə borcludur.
İlk vaxtlar Cared siyasətə elə də həvəsli deyildi. Sonradan etiraf etdiyinə görə, hər şey 2015-ci ilin noyabrında dəyişdi. Həmin gün Sprinqfild şəhərindəki (İllinoys ştatı) böyük konfrans zalına Trampın 10 min tərəfdarı toplandı. Və Cared əsl siyasətin nə olduğunu başa düşdü.
O, bir çox məsələyə münasibətini yenidən nəzərdən keçirdi. Məsələn, əvvəllər xüsusi diqqət etmədiyi miqrantlar, istixana qazları, kömür sənayesi işçilərinin problemləri kimi, məsələlərə baxışı artıq fərqli idi. Kuşner Trampla birgə ölkəni dolaşmağa başladı və Amerikanın real problemləri, sadə amerikalıların ehtiyacları ilə tanış oldu.
O, bütün gücünü ortaya qoyur, Trampa müşavirlər axtarır, çıxışları yazmağa kömək edir, internetdə təşviqat strategiyasını necə aparmaq və seçki kampaniyası üçün necə pul toplamaq üzərində düşünürdü.
Onun təklifi ilə "Facebook"da Trampın "Amerikanı yenidən qüdrətli edək!" şüarının əks olunmuş köynəklər satışa çıxarıldı və bu, hər gün 80 min dollar gəlir gətirirdi.
Hakimiyyətin zirvəsində
Trampın qələbəsi Kuşnerə ailəsinin bədxaxları ilə hesablaşmaq imkanı da yaratdı. Çarlz Kuşneri dəmir barmaqlıqlar arxasına göndərən prokuror Kris Kristi Trampa loyal olmasına baxmayaraq, Caredin səyləri ilə yeni administrasiyada təmsil oluna bilmədi.
Ağ Evdəki ən gözəl ofis Kuşerin payına düşdü. Onun kabinetindən prezidentin otağına gizli yol var.
İri masa arxasında Cared Amerikanın böyük problemlərinin həlli ilə məşğul olur. O, bir neçə layihə üzrə cavabdeh şəxsdir. Səudiyyə Ərəbistanına silah satışı üzrə sazişlərin bağlanılması, Çin, İsrail, Kanada və Meksika ilə münasibətlər, veteranların işi üzrə nazirlikdə islahatların aparılması, narkomaniyaya qarşı mübarizə və s.
Kuşner təmkinlə uzunmüddətli layihələr üzərində işləyir. Siyasi rüzgarların ona qarşı çevrilə biləcəyindən çəkinmədən.
Cared kimi Tramp da möhkəm ailə bağlarının dəyərini bilir. Onların ikisi də Nyu-Yorkdan gəlib, hər ikisi siyasətdə yenidilər. Qohumluq əlaqələri və keçmişlərindəki bənzərlik – qarşılıqlı inam üçün bundan yaxşı nə ola bilər?!
Xəbərin oxunma sayı : 304
Analiz
Xəbərlər
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
TOP 10
ARXİV