Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Yeməkdən tikinti materiallarına: RİH-in 290 min manatlıq sifariş verdiyi müəmmalı şirkət

Tarix 08.06.26, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Şəhər İcra Hakimiyyəti "Smart Techno Services" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət 2026-cı il ərzində tədarük ediləcək müxtəlif təyinatlı tikinti materiallarının satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Satın alınacaq mallara görə şirkətə 290 287,08 manat ödəniləcək. 

Lənkər Şəhər İcra Hakimiyyəti bu məbləğə dam örtüyü, sement, taxta çatı ayağı, taxta (dirək üçün), taxta (reyka) mişar daşı, emulsiya və binder almağı planlaşdırır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Smart Techno Services” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndi, ev 33, mənzil 44-də yerləşir. Şirkətin qanuni təmsilçisi Ramazanov Əli Adil oğludur. 

Açır mənbələrdə "Smart Techno Services” MMC haqqında əlavə məlumatlara rast gəlinmir. Əli Ramazanov barəsində hər hansı məlumat yoxdur. 
Araşdırmalarımıza əsasən, Lənkəran Şəhər İcra Hakimiyyətinə inşaat materialları satan "Smart Techno Services” MMC həm də keytrinq xidməti göstərir. 

Bir neçə il əvvəl şirkətlə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC arasında hazır yeməklərin satın alınması ilə bağlı 126 496 manatlıq müqavilə imzalanıb. 

Ötən il isə Xaçmaz Rayon İcra Hakimiyyəti "Smart Techno Services” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilədə rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili nəzərdə tutulur. Tərəflər arasında oxşar müqavilə 2024-cü ildə də imzalanıb. 

Göründüyü kimi "Smart Techno Services” MMC həm müxtəlif tədbirlər təşkil edir, həm hazır yemək, həm də inşaat malları satır. Adına heç yerdə rast gəlinməyən, əlaqə nömrəsi və internet səhifəsi belə, olmayan bir şirkətin müxtəlif satınalma predmetləri üzrə sifarişlər alması müyyən suallar doğurur. 



Xəbərin oxunma sayı : 1051




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap