Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yəmən Səudiyyə Ərəbistanının ərazisinə soxuldu – 20 məntəqə ələ keçirilib

Tarix 07.06.19, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


Yəmənin “Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri son üç sutka ərzində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nacran əyalətində bu ölkənin ordusunun mövqelərinə irimiqyaslı hücuma keçiblər və bir sıra hərbi və polis sərhəd məntəqələrini ələ keçiriblər. 

Virtualaz.org “EurAsia Daily” nəşrinə istinadən xəbər verir ki, Yəmənin “Saba” agentliyinin bildirdiyinə görə, 20-dən çox məntəqə husilərin əlinə keçib.

Husilərin komandanlığı bildirib ki, Səudiyyə Ərəbistanının ordusunun və təhlükəsizlik qüvvələrinin obyektləri 72 saatlıq əməliyyat nəticəsində monarxiyanın ərazisinə daxil olmaqla ələ keçirilib.



Mənbə qeyd edir ki, husilər üç istiqamətdən hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri tərəfindən hücuma keçmiş husilərin mövqelərinə 75-ə yaxın hava zərbəsinin endirildiyi bildirilir. Lakin bu zərbələr Yəmən döyüşçülərinin hücumunu dayandıra bilməyib.

Hələlik krallıq hakimiyyəti husilərin Səudiyyə Ərəbistanı ərazisinə irimiqyaslı müdaxiləsi barədə rəsmi məlumat verməyib.








Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap