Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yəməndə vəba epidemiyası: Yarım milyon insan yoluxub

Tarix 11.08.17, 17:05

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Yəməndə vəba epidemiyası ilə bağlı vəziyyətin ağırlaşdığını bildirib

İnfeksiya ölkənin 22 əyalətinin 21-də sürətlə yayılmağa davam edir.

Azərtac Vesti.ru saytına istinadla xəbər verir ki, bütün ölkə üzrə artıq 480 min insan bu xəstəliyə yoluxub. Vəbadan təxminən 2 min ölüm halının qeyd olunduğu bildirilir.

Düjarrikin məlumatına əsasən, keçən həftə BMT-nin təyyarələri ölkənin paytaxtı Səna şəhərinə dərman preparatları və humanitar yardım çatdırmağa başlayıb.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap