Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yenə silah verəcək?!

Tarix 01.03.17, 19:57

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi Ermənistan prezidenti Serj Sərkisyan martın 14-də Moskvaya səfər edəcək

Səfərin məqsədi kimi formal olaraq Ermənistanla Rusiya arasında elə formal xarakter daşıyan diplomatik münasibətlərin (əslində vassal münasibətlərdən söhbət getməlidir) 25 illiyi göstərilir. Lakin şübhəsiz ki, səfər Qarabağ münaqişəsi zonasında son günlər artan eskalasiya ilə bir vaxtda baş tutduğundan Sərkisyanın Putinlə görüşündə bu məsələ də başlıca yer tutacaq.

Ola bilsin  Rusiya prezidenti uzun fasilədən sonra yenidən Azərbaycan və Ermənistan prezidentləri arasında üçtərəfli danışıqların təşkil edilməsi üzərində işləyir. Hansı ki, Moskva belə üçtərəfli görüşü təşkil etməyə hazır olduğunu ifadə edib, xarici işlər nazirləri ilə ayrı-ayrılıqda müzakirələr aparılıb.

Hazırda Rusiya Qarabağ nizamlanmasında əsas oyunçudur, ABŞ və Fransanın rolu prosesdə xeyli zəifləyib. Xüsusən də ABŞ-da Tramp administrasiyasının keçmiş sovet respublikalarındakı münaqişələr də daxil olmaqla Rusiya ilə maraqların kəsişdiyi əsas xarici siyasət məsələləri ilə hələlik maraqlanmadığı bir vaxtda. Qarabağ üzrə nüfuzlu ekspert Tomas de Vall da bildirib ki, ATƏT və BMT dəhlizlərində tərəfləri yeni müharibə riski haqda xəbərdar ediblər və müharibənin yenidən alovlanacağı halda Rusiyanın “əsas oyunçu olacağını”, yəni Qərbin proseslərə müdaxilə etmək imkanında olmayacağını deyiblər.

“İzvestiya”  isə yazır ki, Serj Sərkisyan Moskvada silahlanmaya dair yeni müqavilələr bağlaya bilər. Bu haqda Ermənistan siyasi dairələrində eyham vurublar. Belə ki, ötən ilin noyabrında Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Moskvada olub. Yanvarda isə baş nazir Karen Karapetyan Moskvaya səfər edib. Qayıdanda açıqlama verib ki, Rusiya Ermənistana güzəştli kreditlə silah satışını davam etdirmək, yəni bundan əvvəlki 200 milyon dollarlıq güzəştli kreditdən əlavə yeni tranş ayırmaq niyyətindədir. Həmin kredit müqaviləsi əsasında Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və “Solntsepyok” TOS-1A ağır odsaçanları da daxil olmaqla bir çox silahlar alıb.

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın fevralın 22-də Moskvaya səfərini də xatırladan qəzet yazıb ki, bu danışıqların məntiqi nəticəsi olaraq Sərkisyanın səfəri zamanı hərbi-siyasi və iqtisadi sahədə bir sıra razılaşmaların imzalanması gözlənilir. Bun qəzetə “erməni siyasi dairələrində” deyiblər.

Xatırladaq ki, Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra İrəvanda Azərbaycanla “tarazlıq yaratdıqlarına” inanmağa başlayıblar. Hərçənd Stokolmdakı Sülh problemləri araşdırmaları İnstitutunun (SIRRI) hesabatında deyildiyi kimi Azərbaycanın son illərdə Ermənistandan 25 dəfə çox silah aldığı bir vaxtda  tarazlığı təkcə bir neçə yaxın mənzilli raketlə yaratmaq real deyil. Digər tərəfdən Azərbaycanın İsraildən həmin “İsgəndər”ləri neytrallaşdıra biləcək güclü raketdən müdafiə sistemləri aldığı, o cümlədən almağa hazırlaşdığı bir vaxtda Ermənistanın tarazlığı bərpa etdiyi barədə əminliyi sarsılmış kimi görünür. Ona görə də mümkündür ki, Rusiya Ermənistanın bu əminliyini təzədən möhkəmləndirmək üçün ona yenə hansısa silahlar verə bilər...







Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap