Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yeni “EVAKUATOR MÖVSÜMÜ” başlayır! – BNA-nın məqsədi nədir?

Tarix 26.06.19, 0:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Nəqliyyat Agentliyi sürücüləri “muştuluqlayaraq”, yaxın günlərdə təxliyyə xidmətinə başlanacağına dair xəbərdarlıq yayıb. Bu, o deməkdir ki, “evakuator bəlası” yenidən başımızın üzərini alacaq və “ov mövsümü” başlayacaq.

Əslində, artıq xeyli müddətdir ki, evakuatorlarla avtomobillərin dayanacaqlara daşınması prosesinin dayandırılması səbəbindən bir növ camaatın “qulağı dincəlmişdi”. Xeyli müddət idi ki, insanlar evakuator “ekipajları” ilə gizlənqaç, qaçdı-tutdu oynamaqdan canlarını qurtarmışdılar.

Buna səbəb BNA-nın paytaxtda quraşdırdığı xüsusi kameralar, eləcə də qurum əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan avtomobillərin yerindəcə şəklinin çəkilərək, cərimələnməsi idi. Yəni müəyyən narazılıqlar olsa da, hər şey əksər hallarda kifayət qədər sivil qaydada həyata keçirilirdi. Lakin görünür, problemin müasir, sivil, insanların mülkiyyət hüququna və vaxtına hörmət qoyulması yolu ilə həlli BNA rəhbərliyini qane etmir. Və yenə insanların əsəbləri ilə oynayaraq, əlavə, daha çox gəlir əldə edilməsi yolu seçilir.

Bəs evakuatorların yenidən işə salınması hansı zərurətdən doğur? BNA-nın bununla bağlı gətirdiyi səbəblər qətiyyən inandırıcı görünmür və ümumiyyətlə yayılan rəsmi xəbərdarlığın özü ziddiyyətlidir. Məsələn, qurumun açıqlamasında deyilir: “Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb”.

evakuator

Yaxşı, doğrudan da tıxacların daha çox müşahidə edildiyi mərkəzi küçə və prospektlərdə vəziyyət düzəlibsə, nəqliyyat axını normallaşıbsa, təxliyyənin bərpası qərarına nə ehtiyac var? Yəni ki, məntiqlə əgər BNA paytaxtda tıxac və sıxlığın qarşısını almaqda aciz qaldığını etiraf edib də, bu problemin həlli yolunun yalnız avtomobillərin dayanacaqlara daşınması olduğunu bildirsəydi, bunu hardasa başa düşmək olardı. Ancaq bir tərəfdən bildirilir ki, “görülən tədbirlər” sayəsində nəqliyyat axını yaxşılaşıb, digər tərəfdən də evakuatorlar dövriyyəyə buraxılır – bəs hanı məntiq?

Açıqlamada daha sonra deyilir: “İlkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək”.

Təəssüf ki, “vətəndaşlar tərəfindən daha çox şikayət olunan” ifadəsi sadəcə “prosesə” başlamaq üçün bəhanə təsiri bağışlayır. Əsas məsələ başlamaqdır. Çünki paytaxtda artıq sürücülərin demək olar ki, hamısı BNA-nın kameralarının hansı küçə və prospektlərdə quraşdırıldığını çox gözəl bilirlər və həmin yerlərdə avtomobil saxlamırlar. Bu, xüsusilə də mərkəzi küçə və prospektlərə aiddir. Həmin ərazilərdə nəqliyat axınının yaxşılaşması da məhz bu kameralarla bağlıdır. Deməli, həmin ərazilərdən evakuasiyaya ehtiyac qalmır. Bəs onda haradan daşıyacaqlar maşınları? Yenə yaxın keçmişdə müşahidə etdiyimiz kimi ara məhəllələrdənmi?

evakuator-e1539236564469

Və yaxud deyilir ki, “qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək”. Günün pik saatlarında təxliyyənin həyata keçirilməsi prosesinin özü də sıxlığın artmasına xidmət etməyəcəkmi?

Qeyd edildiyi kimi, mərkəzdə demək olar ki, qanuni parklanma ərazilərindən başqa digər yerlərdə avtomobil saxlanmasına çox nadir hallarda rast gəlinir. Bunun da, əgər həmin ərazidə kamera yoxdursa, BNA əməkdaşları yerindəcə gəlib fotoqeydiyyatını aparırlar və cəriməsini kəsirlər. Belə olan təqdirdə, yenə də evakuasiyanın bərpasını anlamaq olmur. Əlbəttə ki, hər kəs avtomobillərin qaydalardan kənar formada parklanmasının əleyhinədir və belə sürücülərin cəzalandırılmasına tərəfdardır. Lakin bunun daha müasir və rahat üsulları varkən, belə vasitələrdən istifadə olunması nə dərəcədə məqsədəuyğundur?

İnsanların böyük narazılığına səbəb olan, onların sağlamlığına və mülkiyyətinə təhdid xarakteri daşıyan (avtomobillərin zədələnməsi və insanların əsəb sarsıntısı keçirməsi hallarına dəfələrlə rast gəlinib-red.) bu “xidmətin” bərpasındansa, BNA kameralarının daha çox ərazilərdə quraşdırılması düzgün olmazmı?

kamera

Və nəhayət, şübhə doğurmur ki, avtomobillərin evakuasiyasına qadağa qoyulması ölkənin siyasi rəhbərliyi tərəfindən verilən qərar idi. Bu qərar həmin təxliyə prosesinin əhalidə kütləvi şəkildə qıcıq və narazılıq yaratması ilə əlaqədar olub. Bəs indi BNA rəhbərliyinin öz kefinə və marağına uyğun yeni bir qərar verməsi hansı məntiqə sığır? Və görəsən yayın istisində bu acı təcrübənin yenidən bərpası nəyə xidmət edir?

AzPolitika.info












Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap