“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yeni Azərbaycan Partiyasının gücü dövlətimizin gücüdür - Professor Vaqif Abdullayev

Tarix 15.11.19, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


YAP sabahların, yeni ümidlərin, nikbin Gələcəyin partiyasıdır

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradılması Azərbaycanın siyasi həyatında və dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. 

Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ən yeni tariximizin 27 illik dövrünə möhür vuran olan, yüzminlərin siyasi əqidəsinin monolitliyinin və milyonların etimadının vəhdəti olan YAP-ın fəaliyyət fəlsəfəsinin əsas hədəflərindən biri Güclü Azərbaycanın iqtisadi inkişafına öz töfhəsini verməkdir. Partiyamız  Azərbaycanın inkişaf şüarı olan «müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah» prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayır. 

... Partiyamızın Gücü dövlətimizin Gücüdür. Partiyanın hər bir üzvü yorulmadan və səylə çalışaraq Partiyamızın Sədri, Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin uğurla həyata keçirilməsində və qarşıya qoyduğu hədəflərə layiqincə çatıb.

... YAP-ın ideyası, təşəbbüsləri, siyasi və iqtisadi platformasında əks olunmuş hədəfləri dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın iqtisadi tərəqqisinə xidmət edir. 

... YAP respublikamızda siyasi və iqtisadi sabiliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsində inamlı və inadlıdır.

... YAP hər zaman İnkişaf edən, Müasirləşən, Yeniləşən Azərbaycanın yeni çağırışlarının fəlsəfəsinə uyğun olaraq təkmilləşməkdədir. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının ahənginə uyğun müasirləşən partiya aparılan yeni islahatların ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. 

... YAP Sədri Cənab İlham Əliyevin və YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın müasir islahatlar kursunun əsas fəlsəfəsi vətənpərvər, milli, müasir düşüncə və təfəkkürə malik, yenilikçi kadrlarla daha böyük uğurlara nail olmaqdır. Bu çətin və məsuliyyətli Yolda Partiya üzvlərinin də məsuliyyəti artır, milli və vətənpərvər kadrların üzərinə böyük yük düşür. 

... YAP yeniləşən idarəetmənin, islahatların fəlsəfəsinə uyğunlaşaraq inkişafa töhfəverici rolunu artırmaqdadır. Bu gün həyat daha da dinamikləşir, YAP müasir azad düşüncəli insanların daha dinamik fəaliyyəti ilə yeni-yeni uğur hekayələrinə imza atmağa qadirdir. 

... YAP sabahların, yeni ümidlərin, nikbin Gələcəyin partiyasıdır. Gələcəyin etibarlı qarantı və sütunu gənclərdir. Partiyada aparılan gəncləşmə siyasəti də təsdiqləyir ki, YAP strukturlarında istedalı və vətənpərvər, işgüzar, çalışqan və yeni fikirli insanlara geniş Yol açılmaqdadır. Bu, dövlət siyasəti ilə partiya siyasətinin ahənginə uyğun olaraq vəhdət təşkil edərək qarşısıalınmaz prosesə çevrilməkdədir. Müasir təhsilli və təfəkkürlü yeni nəsil, gənclik Azərbaycanın inkişafı ilə birgə addımlayaraq həm də YAP-ın güclü nüfuzunun möhkəmlənməsində yorulmadan töhfə verəcəkdir.






Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap