“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yeni binalardakı işıq sayğacları... - Dövlət Xidməti araşdırmaya start verdi

Tarix 17.09.21, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinin yeni inşa etdiyi çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb. Məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

AzFakt.com Dövlət Xidmətinə istinadla bildirir ki, araşdırmalar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılmalı olan sayğacların mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə sayğacların dəyərinin həmin binalarının sakinlərindən tələb edilməsi ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmalarına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə “Azərişıq” ASC-nin Dövlət Xidmətinə təqdim etdiyi bir sıra sənəd və məlumatlara əsasən aparılır.

Mövcud qanunvericiliyin tələblərinə əsasən, məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır. Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, artıq bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılmasına dair tələb də əlavə olunub.



Xəbərin oxunma sayı : 736




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap