![]() |
|














Yeni deputatın köhnə ədaları... - Və hökuməti tərifləyib, xalqı qınamaq mərəzi+FOTO
Tarix 27.06.20, 17:38 |
|
9583.jpg)
Son günlər mətbuatda və sosial şəbəkəlrdə bəzi köhnə və yeni deputatların belə demək mümkünsə, konfliktinə, bir-birinin ünvanına yönələn atmacalarına rast gəlinir. Yenilər köhnələri passivlikdə, astagəllikdə, onlar da yeniləri təcrübəsizlikdə və bundan irəli gələrək, yeri gəldi-gəlmədi danışmaqda günahlandırırlar.
Sıravi vətəndaş üçün əlbətəə ki, bu dartışma o qədər də maraqlı görünmür. Çünki köhnəli-təzəli deputatların böyük əksəriyyəti onsuz da “eyni küçənin döngəsindən və eyni ağacın kölgəsindən” keçərək, parlamentə düşüblər....
Təbii ki, köhnə deputatlarla bağlı hər şey - qabiliyyətləri, savadları, mənəvi keyfiyyətləri, siyasi dünyagörüşləri və s. çoxdan bəllidir və kimsə onlardan yeni və qeyri-adi bir şey gözləmir. İndi isə buyursunlar yenilər özlərini göstərsinlər və sübut etsinlər ki, növbədənkənar seçkilərlə formalaşan yeni parlament məhz gənc deputatların sayəsində əvvəlkindən keyfiyyət göstəricisinə görə üstündür. Göstərə bilirlərmi?...
Təəssüf ki, cəmiyyətin az-çox ümidlə yanaşdığı gənc heyətin böyük qismi kreslosunu tutduqları sələflərindən xüsusilə də mənəvi keyfiyyətlərinə görə bir o qədər fərqlənmirlər. Yenilərin böyük qisminin düşüncəsinə, dünya görüşünə və bundan irəli gələrək, verdikləri açıqlamalara, paylaşdıqları statuslara, nəhayət davranışlarına diqqət yetirəndə görürsən ki, sanki köhnə “plastinka”nı götürüb, yerinə eyni mahnının yazıldığı yenisini qoyublar – sadəcə, ili təzədir.
Aşağıda dərc etdiyimiz fotonu Goranboydakı seçicilərdən biri göndərib. Bu şəkli 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Anar Məmmədov özünün sosial şəbəkə səhifəsində paylaşıb. Yəni özü çəkdirib və məhz bu cür montaj edərək, səhifəsinə yerləşdirib.
Məşhur Zülümov sayağı ədayla çəkilmiş bu fotodakı cavan oğlan deputat, digər şəxs isə evi yanmış bir Goranboy sakinidir, yəni belə demək mümkünsə, onun seçicisidir. Deputat həmin şəxsin yanmış evinin bərpasına köməklik etdiyini bildirir və bunu öz səhifəsində məhz bu formada paylaşır.
Təbii ki, özü-özlüyündə dara düşmüş insana yardım etmək yaxşı əməldir və təqdir olunmalıdır. Lakin bunu bu formada, səviyyədə reklam edib, bu ədayla təqdim etmək, görülən işin “içinə etməyə” bərabər deyilmi? Ümumiyyətlə, sovetlərin kolxoz sədrlərindən, yaxud rayon birinci katiblərindən qalma ədalarla şəkillər çəkdirib paylaşmaqla, yeni, müasir dünyagörüşlü və düşüncəli millət vəkili anlayışı nə dərəcədə bir araya sığır?
Görəsən, Bakıda hansısa göydələndəki lyuks, sərin ofisində çox vacib şəxs pozası alaraq, kənddə günün altında canıyla əlləşən, yanan evinin, külfətinin hayında olan insanla telefon danışığını paylaşıb reklam etmək elə həmin binəvaya qarşı hörmətsizlik deyilmi?
Səhifəsində əsas etibarilə sözügedən şəkildən və şablon təriflərdən başqa heç nə olmayan bu gənc millət vəkilinə bir başa salan da yoxdur ki, onun hazırkı rəsmi vəzifəsi dövlətin, hakimiyyətin adından danışmaq, onun addımlarını tərif və təqdir etmək yox, seçicilərinin səsini çatdırmaq, problemlərini qaldırmaqdır...
Ümumiyyətlə, hörmətli gənc deputatımız barədə mətbuatda yazılanlardan belə çıxır ki, YAP-ın siyahısı üzrə Goranboydan deputat olan A.Məmmədovun həmin siyahıya və sonradan da parlamentə düşməsində vaxtilə Ziya Məmmədovun biznes ortağı kimi tanınan qaynatası Qulam Ələkbərovun böyük rolu olub – təbii ki, babalı yazanların boynuna və bizim bunu nə təsdiq, nə də təkzib etməyə heç bir əsasımız yoxdur.
Lakin yəqin ki, bu deputatın Ziya Məmmədovun qılıncının dalı-qabağı kəsən vaxtlarda onun nazirliyində babat vəzifələr tutması faktı da təsadüfi deyil...
O vaxtlar ki, Z.Məmmədovun qoçuları sürücülərin öz evlərinə, ailələrinə aparmaq istədikləri çörəyi onların əlindən, döyə-döyə, söyə-söyə alıb, gətirib rəislərinə verirdilər. Deməli, həmin vaxt bu nazirlikdə vəzifə tutanların maaş və paketlərində o sürücülərdən qoparılan ruzidən mütləq bir pay olub...
Deputatın bioqrafiyasındakı daha bir maraqlı məqam təhsililə bağlıdır. Maşallah, artıq üçüncü ali təhsilini almaqda olan A.Məmmədov əvvəlcə Texniki Universitetdə, sonra BDU-nun Hüquq Fakultəsində, indi də Memarlıq Universitetində təhsil alır, yəni tələbə-deputatdır... Olsun.
Amma doğrusu, üçüncü ali təhsil almaq üzrə olan bir şəxsin gördüyünüz fotonu çəkdirib, məhz bu əda ilə paylaşacaq düşüncəyə, təsvvürə malik olması, doğrusu qəribə görünür – ya bizim ali məktəblərdə nəsə bir əmma var, ya da...
Təbii ki, gənc və təcrübəsiz deputatların üzərinə çox getmək istəməzdik. Ancaq təəssüf ki, onların böyük qisminin sadəlik, təvazökarlıq, xüsusilə də siyasi savad və davranış baxımından ciddi problemləri var. Lakin buna baxmayaraq, onların bəzilərinin yaşlarından, təcrübələrindən və siyasi savadlarından hündürə tullanaraq, camaata dərs keçməyə, insanları qınamağa qalxmalarının şahidi oluruq.
Ümumiyyətlə, koronavirus epidemiyası özü ilə Azərbaycana sanki “hökuməti tərifləyib, xalqı qınamaq” mərəzini də gətirib. Yerindən duran xalqı qınayır. Elə A.Məmmədov da səhifəsində paylaşdığı və bəzi saytlarda dərc olunan yazıda “COVİD-19”-la bağlı ölkədə yaranan duruma görə vətəndaşları qınayır və onları məsuliyyətsizlikdə günahlandırır.
Sanki dövlətin bütün qurumları, bütün məmurlar, hökumət üzvləri öz üzərlərinə düşənləri doğru-dürüst, vicdanla yerinə yetiriblər, koronavirusun qarşısının alınması üçün bütün tədbirlər ideal şəkildə görülüb, lakin yalnız və yalnız vətəndaşların məsuliyyətsizliyi ucbatından indiki durum yaranıb. Nə deyəsən?
Elə bil son zamanlar xalqa “dərs keçən” köhnə deputatlar azlıq edirdi, yeni “gül bala” deputatlar da bir tərəfdən çıxdı - əcəb işə düşmüşük, vallah!
Mənbə: AzPolitika.info
Xəbərin oxunma sayı : 1789
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV