Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yeni tikililərin əksəriyyətində nə üçün mərkəzi istilik sistemi yoxdur? - AÇIQLAMA

Tarix 26.09.21, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Yeni tikililərin əksəriyyətində mərkəzi istilik sisteminin olmaması bir sıra problemlərə gətirib çıxarır.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu gün Bakı-Abşeron və Sumqayıt ərazisində 2000-ə yaxın yeni tikili bina var və bunların əksəriyyətində mərkəzi istilik sistemi yoxdur:

"90-cı illərə kimi tikilən binaların əksəriyyətinin ümumi mərkəzi istilik sistemi var idi. Məsələn, bir istixana tikilirdi və ondan 30-40 bina yararlanırdı. Amma bu gün hər MTK istixananı özü tikməlidir. Birincisi bunun avadanlığı çox bahadır, digər tərəfdən "Azəriqaz" hüquqi şəxslərə qazı daha baha qiymətə satır. Qazanxana da bir-iki bina üçün olduğundan maya dəyəri çox baha başa gəlir. Hesab edirəm ki, mərkəzi istilik sistemləri ümumi qurulmalıdır".

Ekspert yeni tikililərdə mərkəzi istilik sisteminin olmamasının vətəndaşlara və ekologiyaya da böyük zərər vurduğunu deyib:

"Mərkəzi istilik sisteminin olmadığı yeni tikililərdə vətəndaşlar məcburən evlərini və sularını isitmək üçün kombi aparatından istifadə edirlər. Təsəvvür edin ki, minlərlə mənzildə bu aparatlardan quraşdırılıb. Bu, vətəndaşın qaz və su sərfiyatının artmasına gətirib çıxarır. Digər tərəfdən həmin aparatlardan çıxan zəhərli qazlar ekologiyanı korlayır. Bu aparatlar əsasən eyvanlarda quraşdırıldığından həmçinin bir qonşudan digərinə gedir və beləliklə insanların da sağlamlığına böyük zərər vurur".



Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap