Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yeni yoxlama başlandı: Çimərliklər pulsuz olmalıdır

Tarix 13.06.19, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayacaq.

AzFakt.com  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, artıq agentlik çimərliklərdə monitorinqlərə başlayıb. Yoxlama Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Qurum çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən edəcək.

"Dövlət Turizm Agentliyi monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcək. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun. Dünya praktikasında da çimərliklər ictimaidir, bu bizdə də belə olmalıdır və bütün insanlar bundan yararlanmalıdırlar. Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər",-  deyə o, qeyd edib.

K.Quluzadənin sözlərinə görə, Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri yayın sonunda hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək.(Unikal.org)



Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap