Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yer kürəsi Qiyamət Gününün astanasında: tükənən resurslar, potensial su savaşları, quduz istehlakçılıq - Araşdırma

Tarix 04.08.18, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Dmitri Bobrov

inosmi.ru, 03.08.2019


Aparıcı iqlimşünaslar əmindirlər ki, bu yay Avropada və dünyanın başqa bölgələrində başlanan qeyri-adi istilər öz növbəsində insan fəaliyyətindən doğan kürəsəl istiləşməylə bağlıdır. Ümumdünya Metereologiya Təşkilatına (ÜMT) əsasən, indiki istilik “atmosferdə istilikxana qazlarının, o cümlədən karbon qazı və metanın hədsiz dərəcədə cəmləşməsilə bağlı uzunmüddətli tendensiyalara sığışır”.

İnsanlıq zərərli tullantıların kəskin azaldılmasına nail olmasa, iqlim dəyişiklikləri dönməz ola bilər. Dünyanın orta istiliyini iki dərəcədən aşağı saxlamağı nəzərdə tutulmuş iqlim üzrə 2015-ci il Paris sazişi indiki durumda artıq yetərsiz sayılır.

7,6 milyard adam – planetimiz üçün hədsiz dərəcədə çoxdur, onlar əndazəsiz miqdarda enerji istehlak edirlər. Ernst Ulrix fon Vaytszekkerin – məşhur alman alimi, Roma klubunun həmsədrinin fikri belədir. Alim Avstriyanın “Ştandart” (Standard) nəşrinin səhifələrində  Yer kürəsinin daha çox insanı doyuzdura biləcəyini və resursların bu başdan xeyli nəsillərə yetəcəyini iddia edən elmi nikbinlərlə açıq polemikaya girişir. Vaytszekker bu cür iddiaları “aşkar yalan” adlandırır. O, planetimizdəki adamların sayını məhdudlaşdırmağın gərəkdiyini elmi şəkildə əsaslandıran Darvin, Rikardo, Russo və Avropa maarifçiliyinin başqa xadimlərinə isnad edir. Vaytszekker bildirir ki, o vaxtdan bəri durum nəzarətdən çıxıb: söhbət sözün hərfi mənasında demoqrafik partlayışdan gedir və bu problemə bütün yanaşmalarımızı yenidən mənalandırmağa vadar edir. Əhali artımı və yaxınlaşan ekoloji fəlakət yan-yana gəlir: bu prosesi durdurmaq üçün doğuşu kəskin aşağı salmaq və enerjinin dəyərini dəfələrlə qaldırmaq gərəkdir.

Fon Vaytszekker yada salır – Roma klubu hələ ötən əsrin 70-ci illərinin əvvəlində “Artımın hüdudları” məruzəsində qarşıdakı ekoloji fəlakət haqda xəbərdarlıq edib. fon Vaytszekker bu yaxınlarda çap edilmiş “Biz tələdəyik” (Wir sind dran) kitabında Roma klubunun başqa həmsədri – isveçli Anders Viykmanla birgə yazır ki, Yer kürəsi və adamları xilas etmək üçün gərəkənləri artıq bu gün etmək, iqlim fəlakətini, növlərin yox olmasını, okeanların turşulaşmasını dayandırmaq lazımdır. Praktik olaraq təbii resursların yırtıcı istismarına yanaşmanın özü yenidən nəzərdən keçirilməlidir. Braziliyanın tropik meşələrinin doğranması milyardlarla dollar gətirə bilər, amma bu, bütün planet üçün fəlakətli olacaq. CO2 tullantısı paylarının şərəfsiz alverini dayandırmaq lazımdır. İnkişaf etməkdə olan ölkələr öz normasını artıq sərf edib və cənubda pay alır, lakin Afrikada kömür elektrik stansiyaları və domna sobalarının inşası dünyada ekoloji durumu yalnız ağırlaşdırır. Ziyanlı tullantılara (həm avtomillərə, həm də bütünlükdə sənayedə) vergi dəfələrlə qaldırılmalıdır. Bu zaman düşünməyinə dəyməz ki, elektromobil bütün bəlalardan zirehdir, çünki onun işlətdiyi elektrik birinci növbədə karbohidrogenlərin yandırılması hesabına əldə olunur. Axı btün dünyada siyasətçilər populist təsəvvürlər üzündən vird edirlər ki, enerji ucuz olmalıdır. Xeyr, ucuz olmamalıdır! Məsələn, Polşada elektrik ucuzdur, amma bu, ekologiyaca ziyanlı qonur kömürün yandırılması hesabına generasiya olunur.

Vaytszekker əmindir ki, yeni iqlim siyasəti populyar ola bilməz, amma mütləq lazımdır. Bundan başqa, istehlakın indiki tempini məhdudlaşdırmaq gərəkdir. İndi Yerin əhalisi 7,6 milyard təşkil edir və əgər bütün insanlar Avropadakı və ya ABŞ-dakı istehlak səviyyəsini əldə etsələr, planetimizin sonu çatacaq. Amma istehlak bu günki Hindistanın səviyyəsində saxlansa, onda Yer 10 milyard adama hələ davam gətirər. Yeri gəlmişkən, Cənubi Amerika ölkələri son iyirmi ildə doğuşu əsaslı şəkildə azalda bilib və bu, rufahın artmasına səbəb olub. Halbuki Afrikada demoqrafik partlayış davam edir: Nigeriyada bir qadına 5,6, Somalidə (hətta vətəndaş müharibəsi şəraitində) 6,4, Nigerdə isə 7,6 uşaq düşür. BMT hesablamalarına görə, 2050-ci ildə qitə əhalisi 2,5 milyard, əsrin sonuna doğru isə 4,4 milyard nəfər təşkil edəcək. Bu, planetin 1980-ci ildəki bütün əhalisindən çoxdur. Su kürəsəl istiləşmə və əhali artıqlığı şəraitində əsas strateji resursa çevrilir. Dünyada içməli su çatışmazlığı planetin simasını dəyişən hərbi münaqişələrə və əhalinin kütləvi köçünə səbəb ola bilər.

Başqa bir alman alimi – hələ ötən sərin 90-cı illərində ABŞ-ın keçmiş vitse-prezidenti El Qorun təklif etdiyi “Kürəsəl Marşal planı”nı hazırlayanlardan biri Frants-Yozef Radermaher qarşıdakı təhlükələrdən xəbərdarlıq edir. Radermaher hadisələrin üç daha çox ağlabatan ssenarisini təqdim edib: atom müharibəsi kimi nəsə bir ekstremal, meteorit düşümü, təbii fəlakət, yaxud epidemiya.

Birinci ssenari fəlakətlidir. Radermaherin fikrincə, dünyada heç nə dəyişilməsə, total kollaps çökəcək. Sosial, iqtisadi və ekoloji durumun kəskin pisləşməsi kütləvi yoxsullaşmağa, hərc-mərcliyə, aclığa və milyardlarla insanın qurban gedə biləcəyi müharibələrə səbəb olacaq. Nəticədə Yerdə həyat geri gedəcək, insanlıq özünün mədəni və sivil nailiyyətlərini itirəcək. Radermaherin proqnozuna görə, belə fəlakətli ssenari ehtimalı 2050-ci ilə doğru 15%-ə yetəcək.

İkincisi – “Braziliya variantı” daha ağlabatandır. Bu, dünya miqyasında cəmiyyətin iki zümrəyə bölünməsini bildirir. Yuxarıda feodal sərvətinə və hakimiyyətə malik olan elita – Braziliyadakı kimi. Aşağıda – yoxsulluqda sürünən geniş xalq kütlələri. Bu zaman dünyanın bütün ölkələrində orta təbəqə yox olacaq. Bu öz növbəsində demokartiyanın sonu və həm demoqrafik, həm də ekoloji böhranın qismən həllini bildirəcək, çünki yoxsullar o qədər də intensiv doğulmayacaq, xəstəliklərdən öləcək və daha az enerji işlədəcəklər. Bu bizi Rusiya filosofu Nikolay Berdyayevin ətraflı təsvir etdiyi  “yeni orta əsrlər” anlayışına qaytarır.

Əlbəttə, üçüncü nikbin ssenari də var – bu zaman demokratiyanı və ətraf mühiti xilas etmək mümkündür. Bu, “ekososial bazar iqtisadiyyatı” adlanır, onun gerçəkləşdirilmə ehtimalı 35%-dir. Bu layihə Afrika və Hindistanda doğuşu kəskin azaltmağı, inkişaf etməkdə olan ölkələrdə ekoloji təmiz istehsal qurmaq qəsdilə beynəlxalq əməkdaşlığı nəzərdə tutur. Qərb quraqlıq torpaqları mənimsəmək və Günəş enerjisini generasiya etmək üçün bu bölgələrə xeyli yatırım qoymalı olacaq, bu məsələdə beynəlxalq əməkdaşlıq mütləq lazımdır. Belə layihənin dəyəri ildə 500 milyard avrodur. Radermaher əmindir: daimi iqtisadi artım konsepsiyasının özünü yenidən nəzərdən keçirmək, Afrika və Asiyada doğuşu məhdudlaşdırmaq, qazılan enerji daşıyıcılarının yandırılmasını və bütünlükdə istehlakı kəskin azaltmaq gərəkdir. Bu cür yanaşma “istehlak iynəsi”nə yatan elektoratda dəstək tapmaz, amma insanlığın başqa variantı yoxdur.

Strateq.az



Xəbərin oxunma sayı : 235




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap