Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yeraltı dəhşət…- Son illərin ən dəhşətli metro terrorları

Tarix 05.04.17, 0:43

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 3-də Sankt-Peterburq metrosunda baş verənlər dünyanın ayrı-ayrı ölkələrində yaşanan yeraltı terrorların növbətisi idi

Əksər ölkələr ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərini gücləndirilsə də, terrorçular metronu hədəf seçməyə davam edirlər.  

Strateq.az xarici mətbuata istinadən son illər böyük şəhərlərdə baş verən metro teraktlarını xatırlatmağa çalışacaq.

Moskva

1977-ci il 

Moskva metrosunda ilk terakt 1977-ci ildə baş verib.

Əvvəlcə "İzmaylovskaya" ilə  "Pervomayskaya" stansiyaları arasında partlayış olub. Nəticədə 7 nəfər həyatını itirib, 37 nəfər yaralanıb.

Ardınca daha iki partlayış baş verib. Teraktda əli olanlar mühakimə olunub və üç gün sonra güllələniblər. Hadisənin motivi və detalları bugünədək açıqlanmayıb.
 
1996-cı il

"Tulskaya" və "Naqatinskaya" stansiyaları arasında partlayıcı qurğu quraşdırılıb. Partlayış nəticəsində 4 nəfər həyatını itirib, 14 nəfər yaralanıb. Sağ qalan sərnişinlər yaxınlıqakı stansiyaya piyada gedərək xilas olublar.

Yerli KİV-lərin yazdığına görə, ilk vaxtlar hadisəyə görə məsuliyyət çeçen separatçılarının üzərinə qoyulub. Lakin sonradan bu iddia təsdiqini tapmayıb.

2000-ci il 

Avqustun 8-də "Puşkinskaya" stansiyasının yeraltı keçidində partlayıcı qurğu işə salınıb. Ticarət köşklərinə və keçidin konstruksiyasına ciddi ziyan dəyib. Terakt nəticəsində 13 nəfər ölüb, 118 nəfər yaralanıb.

İlk günlər hadisəni keçiddəki ticarətçilər arasında münaqişənin nəticəsi kimi qiymətləndirsələr də, 5 il sonra iş üzrə təhqiqat başladılıb və hadisənin terror aktı olduğu etiraf edilib.

Bu etirafdan bir il sonra hadisədə "çeçen izi" aşkarlanıb. Lakin artıq icraçılar çoxdan həyatda deyildi.Və bu səbəbdən də təhqiqatı dayandırmalı olmuşdular.

2004-cü il

Bu dəfə partlayış "Avtozavodskaya" ilə "Paveletskaya" stansiyaları arasında baş verib. Qaraçay-Çərkəzdən olan terrorçu-kamikadzenin özünü partlatması ilə 41 nəfər həyatını itiri, 250 nəfər yaralanıb.

Bu teraktdan sonra Moskva metrosunda təhlükəsizlik tədbirləri üst səviyyəyə qaldırılıb. Yeni antiterror proqramı çərçivəsində Moskva metropolitenində xüsusi mərkəz yaradılıb.

Mərkəzləşdirilmiş videomüşahidə sistemi işə salınıb, bütün vaqonlara kameralar yerləşdirilib.

Buna baxmayaraq, təxminən 6 ay sonra Moskva metrosunda növbəti terakt baş verib. Bu dəfə də "Ricskaya" stansiyasında. Qadın kamikadze stansiyanın girişində özünü partladıb. 10 nəfər ölüb, 33 nəfər yaralanıb. 
 
2010-cu il

"Lubyanka" və "Park kulturı" stansiyalarında bir saat fərqlə iki partlayış olub. Partlayışı törədənlər Qafqazdan olan iki qadın terrorçu-kamikadze idi. 41 ölü, 88 yaralı… Terakta görə məsuliyyəti "Qafqaz əmirliyi"nin lideri Doku Umarov üstlənib.

London

1883-cü il

London metrosunda ilk terakt 1883-cü ildə baş verib. "Paddinqton" və "Çarinq kross" stansiyalarında iki ayrı partlayış olub və nəticədə 62 nəfər yaralanıb.

1897-ci il 

"Oldersqeyt" stansiyasında anarxistlərin quraşdırdığı bomba işə salınıb və 60 nəfər yaralanıb. Sonradan yaralılardan biri həyatını itirib.

1913-cü il

"Uestburn park" stansiyasında partlayıcı qurğu aşkarlanıb. 

1939-cu il

İrland Ordusu metroda silsilə partlayışlar törətməyə başlayıb. "Tottenxem kort roud", "Lester skver", "Kinqs kross", "Viktoriya" stansiyalarında partlayışlar olub. Bu teraklarda 1 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.

1976-cı il

Fevral-mart ayları ərzində polis metroda 4 dəfə bomba aşkarlayıb. Bombaların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatların birində maşinist həyatını itirib.

2005-ci il

İyulun 7-də Londonda koordinə edilmiş 4 partlayış baş verib. Terrorçu-kamikadzelər tuneldə olan 3 qatarda partlayış törədib.

Yarım saat sonra dördüncü partlayış baş verib. Amma bu dəfə avtobusda. 52 nəfər həyatını itirib, 700-ə yaxın insan yaralanıb. Partlayışda 4 terrorçu-kamikadze də həyatını itirib.

Bu, 270 nəfərin öldüyü təyyarə qəzasından sonra Böyük Britaniya ərazisində baş verən ən irimiqyaslı terror aktı idi. 

2005-ci il 

İyulun 25-də Londonda metro və avtobusda terror aktı baş verib. Lakin bu hadisə itkisiz ötüşüb. 

Brüssel

2016-cı ilin martında Brüssel aeroportunda və "Maalbek" metrostansiyasında bir neçə partlayış baş verib. Nəticədə 30 nəfər həyatını itirib, 250 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD üzərinə götürüb.
 
Minsk

2011-ci il aprelin 11-də  Minsk metrosunun "Oktyabrskaya" stansiyasında partlayış baş verib. Oturacağın altına yerləşdirilmiş bombanın partlaması nəticəsində 13 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. 

İki gün sonra şübhəlilər saxlanılıb – Dmitriy Konovalov və Vladislav Kovalev. 2012-ci ilin martında onların hər ikisi güllələnib.

Paris

1995-ci ilin iyulundan oktyabrına qədər Fransanın paytaxtında bir neçə partlayış törədilib. Onlardan biri də Paris metrosunun "San-Mişel" stansiyasında baş verib.

Bu partlayışlar nəticəsində 8 nəfər həyatını itirib, 100-dən artıq insan xəsarət alıb. Teraktlara görə məsuliyyəti Silahlanmış İslam Qruplaşması üzərinə götürüb. Bu qruplaşma Əlcəzairdə dünyəvi dövlət quruluşunun dəyişərək şəriət dövləti ilə əvəzlənməsini istəyirdi.

Qahirə 

2014- cü ilin 24 yanvarında Misirdə eyni anda 4 yerdə, eləcə də metroda partlayış baş verib. Silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

Bir il sonra, martın ayının 28-də "Qahirə universiteti" metrostansiyasının yaxınlığında bomba partlayıb və biri polis olmaqla 5 nəfər xəsarət alıb.

KİV-lərin yazdığına görə, bu olayda terrorçuların hədəfi metrostansiyanın mühafizə edən polislər olubmuş.



Xəbərin oxunma sayı : 100




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap