Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yevlax sakinini girov götürən iki nəfər saxlanıldı – DİN açıqlama yaydı

Tarix 22.09.20, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 11-də Yevlax şəhərində yaşayan əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1 000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, mərhumun zorla qaçırıldığı və sonradan ailəsindən pul alıb buraxılması ilə bağlı mətbuatda xəbəırlər yayılıb.



Xəbərin oxunma sayı : 421




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap