Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Yol polisi xəbərdarlıq edir: “Bir gün qalıb, yoxsa 150 manat cərimə…”

Tarix 14.11.17, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görnüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib: “Noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar. Yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan nəqliyyat vasitələri, eləcə də ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin sürücüləri aşkarlanarsa, qanunla nəzərdə tutulan tələblər təmin olunacaq”.

Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap