“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yol polisindən sürücülərə xəbərdarlıq - Texniki baxışla bağlı

Tarix 16.08.19, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


"Ötən il "Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib. İlk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə-iki ildə bir dəfə; ishtehsal olunduğu vaxtdan on il keçdikdə-ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır”.

AzFakt.com xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin bu gün yaydığı məlumatda yer alıb.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və "ASAN ödəniş” sisteminə elektron qaydada göndərilir.

Bununla yanaşı, "Yol hərəkəti haqqında” qanuna edilmiş müvafiq dəyişikliklərə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur: "Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır”.

Məlumatda o da bildirilib ki, Bаş Dövlət Yol Polis İdаrəsinin Sаbunçu rаyonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikаnın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap