Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yoldaşlıq görüşləri: Fransa və İtaliyadan darmadağın, Türkiyədən heç-heçə

Tarix 08.10.20, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçiriblər. 

AzFakt.com-un məlumatına görə, 2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olub. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yarıda cəmi bir qol vurulub. 45+1-ci dəqiqədə Yulian Draksler qonaqları hesabda önə çıxarıb. 50-ci dəqiqədə Ozan Tufan hesabda tarazlıq yaradıb. 58-ci dəqiqədə Florian Noyhaus yenidən hesabı Bundestimin xeyrinə dəyişib. Lakin bu dəfə Efecan Karaca 67-ci dəqiqədə bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Canluka Valdşmidtin qoluna isə 90+4-cü dəqiqədə Kenan Karaman cavab verib.

AVRO-2020-də Türkiyənin rəqiblərindən olan İtaliya Moldovanı darmadağın edib - 6:0. Qolları 19-cu dəqiqədə Brayan Kristiante, 23-cü dəqiqədə Françesko Kaputo, 30-cu və 45+1-ci dəqiqələrdə Stefan əl-Şaaravi, 38-ci dəqiqədə Vyaçeslav Posmak (öz qapısına) və 72-ci dəqiqədə Domeniko Berardi vurub.

Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gəlib. Görüş qolsuz yekunlaşıb.

Son dünya çempionu Fransa isə heyətindəлш bir neçə oyunçuda koronavirus aşkarlanmış Ukraynanı darmadağın edib - 7:1. Qalib komandadan qolları 9-cu dəqiqədə Eduardo Kamavinqa, 24-cü və 34-cü dəqiqələrdə Olivye Jiru, 39-cu dəqiqədə Vitali Mikolenko (öz qapısına), 65-ci dəqiqədə Korentin Tolisso, 82-ci dəqiqədə Kilian Mbappe və 89-cu dəqiqədə Antuan Qrizmann vurub. Ukraynadan isə 53-cü dəqiqədə Viktor Tsıqankov fərqlənib.

Yoldaşlıq görüşləri:

Kipr - Çexiya - 1:2

Monteneqro - Latviya - 1:1

Danimarka - Farer adaları - 4:0

Lüksemburq - Lixtenşteyn - 1:2

Avstriya - Yunanıstan - 2:1

Almaniya - Türkiyə - 3:3

İtaliya - Moldova - 6:0

Niderland - Meksika - 0:1

Polşa - Finlandiya- 5:1

Portuqaliya - İspaniya - 0:0

Sloveniya - San Marino - 4:0

İsveçrə - Xorvatiya - 1:2

 Fransa - Ukrayna - 7:1



Xəbərin oxunma sayı : 955




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap