Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yunanıstanda on minlərlə insan küçələrə axışdı – Etirazçılar Makedoniya ilə anlaşmanı boykot edir - FOTO

Tarix 21.01.19, 0:40

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 20-də Afinada polislə etirazçılar arasında toqquşma olub.

Strateq.az Qərb mətbuatına istinadən xəbər verir ki, parlament binasının qarşısına yığışan 10 minlərlə aksiyaçı Makedoniya ilə əldə edilmiş razılaşmaya etiraz ediblər. Parlament binasına soxulmaq istəyən aksiyaçılar polisi daşa basıb,yandırıcı butulkalar atıblar.

Polis isə buna cavab olaraq dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma zamanı azı 9 polis xəsarət alıb.

Yunanıstan və Makedoniya hökumətləri ötən ilin iyununda Makedoniyanın adının dəyişdirilib “Şimali Makedoniya Respublikası” olması barədə razılaşma imzalayıblar. Yunanıstan bunun əvəzində Makedoniyanın NATO və Avropa Birliyinə qəbul edilməsini əngəlləməkdən əl çəkib.

Yunanıstan parlamenti yanvarın 21-də bu razılqaşmanın müzakirəsinə başlamalı və həftənin sonunda səsverməyə çıxarmalıdır. Artıq Makedoniya parlamenti ayın əvvəllərində bu razılaşmanı təsdiqləyib. Amma istər Yunanıstanda, istərsə də Makedoniyada hesab edirlər ki, qarşı tərəfə həddən çox güzəşt edilib.

Makedoniya ilə Yunanıstan arasında ad mübahisəsi 1991-ci ildən-Makedoniya keçmiş Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan edəndən sonra başlayıb. Afina deyir ki, Makedoniya onun şimal əyalətinin adıdır və böyük tarixi əhəmiyyətə malikdir.

Yunanıstanın baş naziri Aleksis Çipras yanvarın 16-da parlamentdə etimad səsverməsini udub. Buna səbəb onun kiçik trərəfdaşı, müdafiə naziri Panos Kammenosun razılaşmaya etiraz olaraq istefa verməsi olub.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap