Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yunanıstanda TƏTİL – Bu dəfə KİV-lər edir

Tarix 26.09.17, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Həmkarlar İttifaqının qərarı ilə Yunanıstanın bütün kütləvi informasiya vasitələri (KİV) 24 saatlıq tətil edir.

Trend-in məlumatına görə, bu addımla əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarının pozulmasının dayandırılması tələb olunur.

Beləliklə, sentyabrın 27-si səhər saat 06:00-dək radio və televiziyalarda xəbər buraxılışı olmayacaq, saytların əksəriyyəti işləməyəcək.

Həmkarlar İttifaqının bəyanatında bildirilir ki, əlavə sığorta və yardım üzrə vahid jurnalist təşkilatı – EDOEAP-ın saxlanması üçün hökumət və işəgötürənlərlə bir il davam edən danışıqlar nəticə verməyib. Bu fondun sayəsində jurnalistlər əlavə pensiya, zərurət yarandığı halda birdəfəlik maliyyə yardımı, tibbi sığorta alırdılar.

Son illərdə maliyyə böhranı səbəbindən fond çətinliklər yaşayır və onun saxlanması üçün vəsait lazımdır.

Həmkarlar İttifaqı bildirir ki, işəgötürənlər fondun işinə mane olur və EDOEAP-a ödəniş etmirlər. Digər tərəfdən, hökumət məsələ ilə əlaqədar qərar qəbul etmir.

Tətil edən KİV əməkdaşları mətbuat azadlığı da tələb edirlər.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap