Xalq artisti bikinidə belə poz verdi - FOTO “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

Yuxarı Qarabağ Kanalında qanunsuz tikintilər - Günaklarlar kimlərdir?

Tarix 01.07.22, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azərbaycanda sahibkarlığın inkişafına, özəl sektorun inkişafına dövlət dəstəyi artmaqdadır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Vergi qanunvericiliyinə edilən dəyişikliklər özəl sektora yeni nəfəs verməklə yanaşı, həm də yeni iş yerlərinin açılmasını təmin edir. Lakin bəzi dövlət qurumları var ki, mövcud qanunvericiliyi pozaraq dövlət balansında olan əraziləri qeyri-qanuni olaraq işbazlara satırlar.
 
AzFakt.com xəbər verir ki, qeyri-qanuni olaraq əraziləri işbazlara satan dövlət qurumlarından biri də Yuxarı Qarabağ Kanalının İstismar İdarəsidir.
 
Belə ki, Yuxarı Qarabağ Kanalının İstismar İdarəsi Qarabağ kanalının sol hissəsini satmaqla məşğuldur.
 
Əvvəllər Qarabağ kanalının sol hissəsində - Mingəçevir-Bəhramtəpə magistralı boyu strateji hesab edilən obyektlərin yüngül konstruksiyalardan tikintisinə icazə verilirdisə, indi bu İdarənin rəhbərliyi açıq bazar açaraq ərazini satmaqla məşğuldur.
 
Bu ərazilərdə aparılan tikinti işləri isə relyeflə uzlaşmır, hətta bəzi yerlərdə aparılan tikinti işləri gələcəkdə kanalın bndinin yarılmasına da yol aça bilər.
 
Saytımızın araşdırması zamanı məlum oldu ki, bu cür tikinti işləri əsasən Bərdə rayonunun Qarayusifli, Mehdili ərazilərindədir.
 
İlginc məqam isə bu tikintilər üçün verilən icazə sənədlərdindədir.
 
Əldə etdiyimiz məlumata görə Yuxarı Qarabağ Kanalının İstismar İdarəsi aparılantikintilərə icazəni "özəl dayanacaq" adı ilə verir.
 
Təsəvvür edin, iki il öncə dövlətin on milyonlarla manat xərcləyib istifadəyə verdiyi Mingəçevir-Bəhramtəpə magistralının kənarında dayanacaqlar tikilməyinə baxmayaraq, Yuxarı Qarabağ Kanalının İstismar İdarəsi bu ərazilərdə "özəl dayanacaq"ların olmasını vacib sayıb.
 
Bu cür icazələrin isə 10-15 min manata verildiyi deyilir.
 
Qeyq edək ki, belə bir obyekt hazırda Mehdili kənd İcra Nümayəndəliyində - magistral yoldan Qaradəmirçi kəndinə dönəndə inşa edilir. "Ozəl dayanacaq" statusunda olan bu obyekt Qarabağ Kanalının sol aşırımını da zəbt edib. Gələcəkdə burada ağır texnikanın hərəkətini məhdudlaşdırır.
 
Yuxarı Qarabağ Kanalının İstismar İdarəsi isə bütün baş verənləri görməzdən gəlir.
 
Qeyd edək ki, Yuxarı Qarabağ Kanalının İstismar İdarəsi Yevlax rayonunun Aran qəsəbəsində yerləşir. İdarənin rəisi Şakir İmanovdur.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. 
 
Mövzunu diqqətdə saxlayacağıq.









Xəbərin oxunma sayı : 856

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap