“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Zülfüqarlı qardaşlarının vergidən milyonlarla manat gizlətdikləri üzə çıxdı - Cinayət işi açıldı

Tarix 18.11.20, 20:03

Font ölçüsü : - / +
bitmap-img6


Vergilər Nazirliyi Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının rəhbərlik etdiyi "Bakı İnşaat Sənaye" ASC-də  10 milyonlala manat vergidən yayınma faktı aşkarlayıb. 

Avropa.info-nun əldə etdiyi məlumata görə, Nazirliyin əməkdaşlarının "Bakı İnşaat Sənaye" ASC-də apardığı yoxlamalar nəticəsində Zülfüqarlı qardaşlarının dövlətdən 10 milyonla manat gizlətdikləri üzə çıxıb. 

Əldə etdiyimiz məlumata görə, vergidən yayınma faktına görə, Zülfüqarlı qardaşlarına cinayət işi açılıb, onlara məxsus  "Bakı İnşaat Sənaye" ASC isə 4 milyon 100 min manat cərimələnib. Mənbəmizin məlumatında deyilir ki, haqlarında cinayət işi açılan Zülfüqarlı qardaşlarının ölkədən çıxışına qadağa qoyulub. Məhz bu səbəbdən də qalmaqallı qardaşlar ölkədən qaçmağın yollarını arayırlar.   

Açıklama yok.
Qeyd edək ki, keçmiş oliqarxlar hesab edilən Zülfüqarlı qardaşları 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçiriblər. Əvvəllər kustar sexlərində keyfiyyətsiz armatur və başqa tikinti məmulatları istehsal edən Zülfüqarlı qardaşları 2003-cü ildə tam qanunsuzluqla Poladxan Məmmədkərima aid “Bakı Poladtökmə” zavodunu və bu zavodun avadanlıqlarını ələ keçirdilər. İşgüzar dairələrdə özlərinə məxsus işgüzar ləyaqətsizlikləri ilə tanınan qardaşlar qısa müddətdə haqsız glir əldə edərək, ölkənin ən varlı oliqarxlarından birinə çevirildilər. Lakin, 2005-ci ildə qardaşların qanunsuzluqaları üzə çıxdı və hətta yolları həbsdən keçdi. 

Həbsdən sonra, işbazlıqlarını Türkiyədə davam etdirən qardaşlar bu arada fürsət tapıb, özləri kimi qanunsuz biznesdə ad çıxaran və hazırda FETÖ-dən həbsdə olan "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla da qohum oldular. 

Bir müddət sonra yenidən Azərbaycanda peyda olan qardaşlar göründüyü kimi köhnə şakərlərindən əl çəkməyiblər. İndi də dövlətə nə az, nə çox 4 milyon 100 min manat "atmaq" istəyərkən yaxalanıblar. Və hazırda da ölkədən qaçmağın yollarını arayırlar.





Xəbərin oxunma sayı : 1567




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap