Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zakir Fərocovdan 65 minlik şübhəli müvavilə - Niyə bu şirkət?

Tarix 11.05.21, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin Tağıyev qəsəbəsi üzrə nümayəndəliyi “Start UP” MMC ilə toplam maliyyə dəyəri 65 649.3 AZN olan iki müqavilə imzalayıb.

HİT.az xəbər verir ki, müqavilələrin birində “sair torpaq, tikili və avadanlıqların”, digərində isə “yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin” alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Start UP” MMC 7 iyul 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 54, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Natiq Hüseynqulu oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin bundan əvvəl satınalma müsabiqələrində iştirakına dair də fakta rast gəlinmir. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır.

“Dövlət satınalmaları haqqında” Qanuna görə,  tenderdə iştirak üçün peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığın olması tələb olunur. Yeni yaranan şirkətin bu tələblərə cavab verməsi bir qədər inandırıcı görünmür.

Qeyd edək ki, Tağıyev qəsəbəsinin icra nümayəndəsi Hacıyeva Lalə Zülfü qızıdır. İnternet resursları onun haqqında neqativ materiallarla zəngindir.



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap