Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zakir Həsənov: “Ötən il ordumuz 20-dən çox taktiki təlim keçirib”

Tarix 22.06.18, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


“2017-ci ildə qoşunların hazırlıq planına uyğun olaraq, 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib”

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğusu, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib.

“Bu ilin mart ayında Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən, müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrin iştirakı ilə cəbhə bölgəsində yerləşən müxtəlif poliqonlarda genişmiqyaslı döyüş atışlı təlimlər keçirilib. Təlimlərdə 25000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, ordu və cəbhə aviasiyasının 50-dək müxtəlif təyinatlı təyyarə və helikopterləri iştirak edib.

Döyüş şəraitinin modelləşdirilməsi və real atışların icrası ilə keçirilən təlimlərdə məqsəd idarəetmə orqanları və qoşunların öz peşəkarlıqlarını və döyüş bacarıqlarını nümayiş etdirməsi, gələcək müharibəyə hazırlaşması olub”, - deyə nazir əlavə edib.(APA)



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap