“Niyə kiməsə görə məclisdən gedim?“ “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova Demet Akalının əri müflis oldu Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar
Axtar
 
  • / Maqazin / — 17 İyul 2018

    “Niyə kiməsə görə məclisdən gedim?“

  • / Maqazin / — 14 İyul 2018

    “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova

  • / Maqazin / — 13 İyul 2018

    Demet Akalının əri müflis oldu

  • / Maqazin / — 12 İyul 2018

    Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar

  • / Maqazin / — 10 İyul 2018

    Çinarə və Nadir arasında qalmaqal: Gəbər inşallah - VİDEO

  • / Maqazin / — 10 İyul 2018

    Roza ilə Nura arasında birincilik qalmaqalı

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2017”nin bağlanışında iştirak edib

Tarix 13.08.17, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 12-də Moskva şəhərində səfərdə olan müdafiə naziri Zakir Həsənov Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib

AzFakt.com Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.  
 
Rusiya müdafiə naziri Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan  “Dostluq Evi”nə gəliblər. Burada onlar Z. Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olub.  “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.   Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.











Xəbərin oxunma sayı : 118

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda