Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zakir Həsənov NATO-nun generalı ilə görüşdü –Müzakirə + FOTO

Tarix 13.12.18, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-leytenant Kris Uaytkross ilə görüşüb.

Müdafiə Nazirliyindən AzFakt.com-a verilən məlumata görə, qonağı salamlayan nazir regiondakı hərbi-siyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Z.Həsənov Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

K.Uaytkross Müdafiə Kollecinin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını, göstərilən qonaqpərvərliyə, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə bütün heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib.

Qonaq Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini qeyd edərək bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.



Xəbərin oxunma sayı : 130




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap