Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Zakir Həsənov NATO toplantısında çıxış edib

Tarix 09.11.17, 23:23

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib.

Nazirlikdən verilən məlumata görə, toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı barədə müzakirələr aparılıb.

İclasda çıxış edən general-polkovnik Z.Həsənov ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək Əfqanıstana yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb.

Müdafiə naziri çıxışında Alyansın etibarlı tərəfdaşı kimi, Azərbaycanın 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

Keçən həftə açılışının həyata keçirildiyi Bakı-Tbilisi-Qars dəmir yolunun böyük geosiyasi məkanda tarixi əhəmiyyətini xüsusi qeyd edən Müdafiə naziri, bu layihənin Avropa və Asiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini, o cümlədən Qətiyyətli Dəstək Missiyasının ehtiyaclarının yerinə yetirilməsi üçün böyük imkanlar yaratdığını da diqqətə çatdırıb.



Xəbərin oxunma sayı : 118




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap